İlham Əliyev onlara yeni rütbə verdi – 3 sərəncam

29, 06, 18
20:00

İlham Əliyev onlara yeni rütbə verdi – 3 sərəncam

İlham Əliyev onlara yeni rütbə verdi – 3 sərəncam


16:55
İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilsin:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Fazil Nəriman oğlu Ələkbərova
polis general-mayoru ali xüsusi rütbəsi
polkovnik Heydər Teyyub oğlu Heydərova.
***
Prezidentin digər sərəncamı ilə K.Q.Qafarovaya “Əməkdar həkim” fəxri adı verilib.
***
Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.
Sərəncam aqrar sahəyə dövlət dəstəyinin səmərəli təşkili, bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə imzalanıb.

Bizimlə əlaqə saxlayın