Nağılbazın anası: Oğlum arvadının güdazına getdi - FOTO/VİDEO + YENİLƏNİB

05, 08, 18
16:18

Nağılbazın anası: Oğlum arvadının güdazına getdi - FOTO/VİDEO + YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün reper Anar Nağılbaz torpağa tapşırılıb.
Oxu.Az xəbər verir ki, mərhumla vida mərasiminə az sayda insan qatılıb.
Şou-biznes əhlindən isə demək olar ki, dəfndə heç kim iştirak etməyib.
Tanınmışlardan məclisdə aparıcı Ülvira Qarayeva, təşkilatçı Samir Xəttab, Dj China, Hüseyn Dəryanın eks-həyat yoldaşı Sona İbadova və reper Nadir Nəğdpul olub.
Anası Şərqiyyə Cəbiyeva oğlunun ölümündə keçmiş gəlini Anjelika Cəbiyevanı günahlandırıb.
“Ev və pul almaq üçün video çəkdi və mənim oğlumu şantaj etdi. Oğlum bir arvadın güdazına getdi. Sən nə istədin bizdən?”, - deyə mərhumun anası bildirib.
Nağılbazın dostlarının iddiasına görə, sözügedən video Anjelikanın əlinə iki il öncə keçib. Belə ki, videonu Nağılbaz öz notbukunda saxlayırmış. Anjelika isə video əlinə keçəndən sonra onu kompüterdən öz telefonuna köçürüb.
Sonra isə boşanma prosesi zamanı Anarı şantaj etməyə başlayıb. O, videonun yayılmamasının qarşılığında Nağılbazdan pul və ev istəyib. 
Həmin vaxtlar Anar bu məlumatı dostları ilə bölüşüb. Aradan iki il keçəndən sonra isə video sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, rep ustasının atası, keçmiş millət vəkili Rizvan Cəbiyevoğlunun qaraciyərin iflası nəticəsində vəfat etdiyini bildirib.

11.58
Ötən gün vəfat edən tanınmış azərbaycanlı reper Anar Nağılbazla vida mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, məclis Masazır qəsəbəsində baş tutur.
Mərhumun yas mərasiminə az sayda insan qatılıb.
A.Nağılbaz Masazır qəbiristanlığında torpağa tapşırılıb.

























Pərviz Hüseyn
FOTO: Ceyhun Şahbazlı

Bizimlə əlaqə saxlayın