Azərbaycanlı milyarder dünya çempionatına görə öz cibindən xərclədi - amma 2 milyardlıq kontrakt bağladı

12, 06, 18
14:17

Azərbaycanlı milyarder dünya çempionatına görə öz cibindən xərclədi - amma 2 milyardlıq kontrakt bağladı

Azərbaycanlı milyarder dünya çempionatına görə öz cibindən xərclədi - amma 2 milyardlıq kontrakt bağladı

İki gündən sonra Rusiyada futbol üzrə dünya çempionatı başlayacaq. Bu ölkənin 11 şəhərində keçiriləcək çempionatı futbol tarixinin ən bahalısı hesab edirlər. Ekspertlərin fikrincə buna səbəb yeni stadionların tikintisi və digər infrastruktur layihələridir.

Musavat.com-un məlumatına görə, “Forbes” jurnalı stadionların tikintisi ilə bağlı maraqlı bir araşdırma aparıb. Məlum olub ki, əksər stadionların tikintisi və rekonstruksiyası rusiyalı oliqarxlara tapşırılıbmış. Onların arasında azərbaycanlı milyarder Araz Ağalarov da var.

O da məlum olub ki, Timçenko, Usmanov, Deripaska kimi oliqarxlardan fərqli olaraq Ağalarov stadion tikintisindən nəinki qazanıb, əksinə, necə deyərlər, öz cibindən xərcləməli olub.

“Rusiya hökuməti onun prezidenti olduğu “Krokus”a Kalininqradda və Rostovda iki stadionun tikintisi üçün pul ayırmışdı. 36 milyard rublluq büdcədən Ağalarovun qazancı iki faiz təşkil edəcəkdi”.
“Forbes”in yazdığına görə, hər iki şəhərdəki stadion faktiki olaraq bataqlığın üzərində tikilib. Stadionlar FİFA ekspertləri tərəfindən yoxlanılanda məlum olub ki, əlavə işlərə ehtiyac var. Amma büdcədə pul bitdiyindən Ağalarov şəxsi vəsaitini xərcləməli olub.

Lakin hökumət də ona borclu qalmayıb. Sahibi olduğu “Krokus ekspo” DÇ-2018-in əsas translyasiya mərkəzi kimi təşkilatçılar tərəfindən icarəyə götürülüb. Kontraktın qiyməti isə 2 milyard rubldur.

Musavat.com

Bizimlə əlaqə saxlayın