Mərcan toyuqları haqqında deyilənlər həqiqəti əks etdirmir - ÖZƏL AÇIQLAMA

19, 04, 23
18:28

Mərcan toyuqları haqqında deyilənlər həqiqəti əks etdirmir - ÖZƏL AÇIQLAMA


"Azərbaycan Reallığı" Hər kəsin xəbəri olsun! Mərcan toyuğu almayın - FOTO başlıqlı yazı ilə əlaqədar saytımızla əlaqə saxlayan Mərcan istehsalçısı Azerbaijan Poultry Company-nin Marketinq şöbəsinin rəhbəri Günay Əkbər bildirir ki, yazılanlar həqiqəti əks etdirmir.

Belə ki, şəkildə göstərilən məhsul qırmızı paket soyudulmuş Mərcan toyuğudur. Soyudulmuş məhsulun içərisində buz olma ehtimalı sıfıra bərabərdir. Həmçinin Günay Əkbər əlavə edir ki, Mərcan toyuqları su ilə kontaktda olmadan hava ilə soyudulur və  ya dondurulur. Bu da onu göstərir ki,  Mərcan məhsulunun içərisində su və ya buz ola bilməz.

“Mərcan” məhsulları ilə əlaqədar sualı olan hər kəs qaynar xəttimizə və ya sosial media hesablarımıza müraciət edə bilərlər. Təsərrüfatımızı ziyarət etmək istəyənlərə isə qapımız hər zaman açıqdır. Şirkət rəsmisi sonda qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın