İşləmək üçün bu ölkəyə gedənlərə XOŞ XƏBƏR: Ailələrini də apara biləcəklər

18, 07, 18
17:22

İşləmək üçün bu ölkəyə gedənlərə XOŞ XƏBƏR: Ailələrini də apara biləcəklər


Miqrantların son zamanlar daha çox getdiyi ölkə olan Polşada əmək miqrantları ilə bağlı qanunvericilik dəyişir.
Cebhe.info xəbər verir ki, dəyişikliklər keçmiş MDB məkanından olan ölkələrin vətəndaşlarına şamil ediləcək.
Telegraf.by-nin məlumatına görə, bu ölkələrdən olan işçilərə bir ildən sonra ailələrini yanlarına aparmaq imkanı veriləcək. 
Bu imkan xüsusilə Polşada işçi çatışmayan sahələr üzrə işləyənlərə şamil ediləcək . Hazırda dövlət orqanları siyahını hazırlayır.
İndiki praktikada Polşaya gedən immiqrantlar 1,5 il sonra ailəsini apara bilər. Ancaq daimi yaşamaq icazəsi alınmasına azı 3 il tələb edilir.  
Xəzər
Cebhe.info

Bizimlə əlaqə saxlayın