SON DƏQİQƏ! Roza Zərgərli əməliyyat olunacaq ayağına protez qoyulacaq - ÖZƏL

22, 05, 22
19:38

SON DƏQİQƏ! Roza Zərgərli əməliyyat olunacaq ayağına protez qoyulacaq - ÖZƏL


“Səhhətimdə ciddi problemlər var”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli aparıcısı olduğu “Tam vaxtıdır” gecə şousunda deyib.

Sənətçi tezliklə əməliyyat yolu ilə ayağına protez qoyulacağını açıqlayıb.

“6 ildir ki, səhhətimdəki bu problemi həll etməyə çalışıram. Daha əvvəl “liposaksiya” əməliyyatı keçirdim. Söylədilər ki, bədən şəkilləndirmə əməliyyatı keçirib. Amma heç bir plastik əməliyyatdan söhbət getmirdi. Sağ ayağımda problem olduğuna görə, protez qoyulmalı idi. Bu əməliyyatı keçirmək üçün zamanı həkimimlə uzatdım. Çəkimı azaltmaq üçün arda-arda “liposaksiya”, kök hüceyrə əməliyyatları keçirdim”.

Verilişin gedişatında R.Zərgərli onun arxasınca xoşagəlməz sözlər danışanlara qarğış edib.

“Həftə içi 5 gün veriliş aparıram, amma çəkdiyim ağrıları heç kim bilmir, başa düşmür. Hətta o ağrı sinirlərə toxunur və insan danışa belə bilmir. Başlayırsan kəkələməyə. Sonra da mənim üçün deyirlər ki, pəltək çıxıb veriliş aparır. Haqqımda danışanlara deyirəm ki, Allah sizə mənim çəkdiyim ağrıları və bədən qüsurunu yaşatmasın. Amma yaşatsa, o pis dilinizə və ürəyinizə görə yaşadır”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın