Tanınmışlar erməni müğənninin Bakıya gəlişinə etiraz etdilər

19, 07, 18
11:11

Tanınmışlar erməni müğənninin Bakıya gəlişinə etiraz etdilər


“Vətəndaş olaraq şəhidlərimizdən, şəhid ailələrimizdən, Xocalıdakı vəhşiliyi gözləri ilə görüb, yaşayan və şəhid olan soydaşlarımızdan utanıram”
İyulun 26-29-u Bakıda “Jara-2018" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, ”Russkoye radio"nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun təşkilatçılığı ilə baş tutacaq festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A’Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, Nyuşa, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilər iştirak edəcək. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək.
İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. 29 iyulda səhnəyə erməni əsilli müğənni Zara Mgoyan çıxacaq. Zaranın Bakıya gəlməsi birmənalı qarşılanmayıb və sosial şəbəkədə tənqid olunub.
Rusiyanın əməkdar artisti olan Zara Paşa qızı Mgoyan 1983-cü ildə Sankt-Peterburqda anadan olub. Atası Paşa Bimassiyeviç Mgoyan, anası Nadi Camalovna Mgoyandır. Əsl adı Zərifə olan Zaranın bir tərəfi yezidi kürdü, bir tərəfi isə ermənidir. O, 1997-ci ildə “Utrennya zvezda” müsabiqəsinin finalçısı olub və “Let Children Laugh” beynəlxalq festivalında “Grand Prix” qazanıb. 1998-ci ildə Omskda keçirilən “Nadejdi Sibir” (“Sibirin ümidləri”) Peterburqda təşkil edilən “Deni rojdeniya” (“Ad günü”) kimi mahnı yarışmalarında qalib olub. Soçidə təşkil edilən “Nadejdi Evropi” (“Avropa ümidləri”) qələbə qazanıb.
2004-cü ilə qədər yezidi inancına sahib olan Zara evlilik üçün xristianlığı qəbul edib. O, Sankt-Peterburq Bələdiyyə sədri Valentina Matvienkonun oğlu Sergey Matvienko ilə evlənib. Ancaq bu nikah 6 ay davam edib.
2008-ci ildə Zara Moskva Bələdiyyə Sağlamlıq Müdirliyinin Əczaçılıq şöbəsinin müdiri Sergey İvanovla evlənib. İvanov Zara üçün həyat yoldaşı və iki uşağını tərk edib.
Ä°lgili resim
“Yeni Müsavat” qəzeti tənqid və etirazları nəzərə alaraq tanınmış media nümayəndələri arasında sorğu keçirib. “Yenicaq.az” saytının baş redaktoru Aqil Ələsgər deyib: “Belə elə bir məsəl var: ”Millətlər unutduqlarını təkrar yaşayırlar. 1905 və 1918-ci ildə ermənilərin bizə qarşı törətdikləri cinayətləri unutduq, şairlərimiz qardaş oldu, müğənnilərimiz ortaq mahnılar oxudular. Nəticə etibarı ilə Qərbi Azərbaycandan sonra Qarabağı ermənilər işğal etdilər. Bu baxımdan hesab edirəm ki, millət olaraq yaddaşımızın korlanmasına imkan verməməliyik. Yarı erməni, yarı yezidi müğənninin, ondan əvvəl “Jara”ya Filip Kirkorovun gətirilməsi kimi cəhdlər Ermənistanla Azərbaycan arasında sülhə cəmiyyətimizi hazırlamaqdır.  Hesab edirəm ki, bu məsələlərin qarşısı alınmalıdır, ictimaiyyət olaraq etiraz etməyik.  İnanıram ki, Azərbaycan dövləti də bu məsələlərdə duyarlıdır. Dövlətimizin dəstəyi ilə bu hallar aradan qaldırılacaq".
TanınmıŠjurnalist ÆvÉz Zeynallı ile ilgili görsel sonucu
Tanınmış jurnalist Əvəz Zeynallı bildirib ki, erməni əsilli müğənninin Bakıya gəlməsinin əleyhinədir: “Əleyhinəyəm. Təşkilatçılar belə hadisələrə yol verməməlidir. Rədd olsun Zara Myoyan”.
Aparıcı Arzu Ãmid ile ilgili görsel sonucu
Aparıcı Arzu Ümid etiraz səsini belə ucaldıb: “Şəxsən mən vətəndaş olaraq şəhidlərimizdən utanıram. Şəhid ailələrimizdən, Xocalıdakı vəhşiliyi gözləri ilə görüb yaşayan, şəhid olan soydaşlarımızdan utanıram, xəcalət çəkirəm. Çünki bir aparıcı olaraq çalışdığım televiziya qurumu olan TRT-də həmkarlarımın faciə ilə bağlı xəbərləri araşdırarkən, montajda necə ağladıqlarının şahidi olmuşam. Cavan qızların necə işgəncələrə məruz qaldığını nə tez unutduq? Unudan ”Youtube" kanalını açıb baxsın. Rusiyada yaşayıb, ermənilərlə ağız-ağıza öpüşənlərdə ar qalmayıb. Onların yerinə mən şəhid ailələrindən, əli-ayağı donduğu üçün şikəst qalan qızlarımızdan, körpəsi qarnında doğranan gəlinlərimizdən utanıram. Azərbaycan Respublikasının vətəndaşı olaraq “stop” deyirəm. Sosial şəbəkələrdə də “Stop” haştağı ilə etirazımızı bildiririk".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın