“Pişik” Günel: “O deputat kişi kimdirsə, adıma söz çıxardır” - Ona iki dənə ev aldıracam

10, 02, 22
18:00

“Pişik” Günel: “O deputat kişi kimdirsə, adıma söz çıxardır” - Ona iki dənə ev aldıracam


Deputat Ağalar Vəliyevin “Pişik” Günel ləqəbi ilə tanınan Günel Ələkbərovaya ev bağışlaması ilə bağlı xəbərlər yayılıb. 

Müğənni “Tik-tok” hesabında bununla bağlı danışaraq yayılan məlumatların yanlış olduğunu bildirib:

"Saytlara qalsa, mən milyonçuyam. Belə də əgər mənə ev verilibsə, ünvanı deyin gedim baxım görüm necə evdi?

Bəlkə də 8 Marta mənə sürpriz hazırlayırdılar, jurnalistlər bu sürprizi pozdu.

Hazırda Biləcəridə yerləşən "Kristal Abşeron"da yaşayıram, ancaq bu evi heç kim mənə hədiyyə etməyib, özüm almışam. 24 min manat da borcum qalıb, ipoteka ilə ödəyirəm. O deputat kişi kimdirsə, özünü mənim adımla reklam eləmək istəyir. Təzminat davası açacağam ona, doğurdan aldıracam evi özü də iki dənə. Adıma söz çıxardır (gülür)”

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın