“MAXE-lərimizə canım qurban olsun” – Tolikdən yeni açıqlama

15, 01, 22
13:00

“MAXE-lərimizə canım qurban olsun” – Tolikdən yeni açıqlama


Bir neçə gündür MAXE-lərə (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) qarşı nalayiq fikirlər səsləndirən prodüser, aparıcı Tarix Əliyev sosial şəbəkə hesabında fikirlərinə aydınlıq gətirib.

Sosil şəbəkə hesabında bu barədə yazan Tolik onu təhqir edən hərbçiyə görə bu sözləri lətdiyini qeyd edib:
“Tik-Tok sosial şəbəkəsində öz hərbçi dostuna məni, ailəmi və rəhmətlik atamı söydürən MAXE Rəhmanla canlı yayımda söhbətim də olub. 

Dəfələrlə ona verdiyim suala cavab da tapa bilmədim, hər dəfə məni niyə söydüyünü soruşdum, amma yenə susdu. Mən bu ölkənin şəhidinə də, yaxşı əsgərinə, yaxşı zabitinə də qurban olum. 

Amma hansısa hərbi sahədə olan bir insan dünyadan köçmüş atamı nəyəsə görə təhqir etməməlidir. Mənim dilim kəsilər Azərbaycan əsgərinə, zabitinə, hərbi qulluqçusuna ümumi olaraq nəsə söz deyim. Ona görə də şərəfli, namuslu, torpaqlarımızı gecə-gündüz qoruyan zabit, əsgərlərimiz, MAXE-lərimizə canım qurban olsun, amma tərbiyəsizlərə yox".

Xatırladaq ki, Tolik “MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır” – deyə, fikir səsləndirmişdi. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın