Rusiyalı model Emin Ağalarovun toyunda geydiyi paltara görə kəskin tənqid olundu - FOTO

15, 07, 18
16:44

Rusiyalı model Emin Ağalarovun toyunda geydiyi paltara görə kəskin tənqid olundu - FOTO

Rusiyalı model Emin Ağalarovun toyunda geydiyi paltara görə kəskin tənqid olundu - FOTO


Rusiyalı model və pop-star Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova azərbaycanlı müğənni və biznesmen Emin Ağalarovun dünən baş tutmuş ikinci toyunda geydiyi paltara görə sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb modelin toya ağ donda gəlməsidir. Reşetova toyda bəylə gəlinin arasında dayanıb və foto çəkdirib.
Sosial şəbəkə istifadəçiləri isə bunu ayıb hesab ediblər, bildiriblər ki, toya ağ donda gəlib bəylə gəlinin arasında dayanmaq yersiz davranışdır.
“Ağ donda toya getmək? Don gözəldir, amma indiki halda uyğun gəlmir. Gəlinə tam hörmətsizlikdir”, - “İnstagram” istifadəçiləri yazıblar. Bir neçə saat ərzində foto 100 mindən çox baxış və yüzlərlə şərh toplayıb.
Xatırladaq ki, Emin Ağalarov model Alyona Qavrilova ilə evlənib. Onların toyu Moskva ətrafında, Ağalarovların malikanəsində baş tutub. Alyona Qavrilova bundan əvvəl biznesmen-oliqarx Rüstəm Tariko ilə evli olub.
 


Bizimlə əlaqə saxlayın