Nüşabədən çağırış: “Günə 6-7 qazi toyu olur, çatdıra bilmirəm, siz də qoşulun”

11, 09, 21
16:54

Nüşabədən çağırış: “Günə 6-7 qazi toyu olur, çatdıra bilmirəm, siz də qoşulun”



"Hörmətli sənət yoldaşlarım, 2 il toy olmadı, acından ölmədik. İki ay Məhərrəmlik olur, yenə ruzini Allah yetirir. Yeni sezonda qazi toyları var, xahiş edirəm, bu təşəbbüsə qoşulun. Mən təkəm, bir günə 6-7 qazi toyu yazılır, üçünə ancaq gedə bilirəm. Çünki ayrı-ayrı yerlərdədir, məsafə uzaqdır. Ən azından mənim gedə bilmədiklərimə siz yollanın. Yarım saat oxumaqla acından ölməyəcəksiniz". Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri İnstaqram hesabında müğənni Nüşabə Musayeva yazıb. O, həmkarlarına müraciət edərək bunları söyləyib:

"Bizim yolumuzda sağlamlıqlarını, canlarını qoyublar. Bu borcumuzdur. Onların borclarını heç vaxt qaytara bilmərik. Ən azından onlara bir stimul verərik. Qazi olmaqları ilə fəxr edərlər. Müharibə zamanı Vətənim, igidim, əsgərim, millətim, ordum, şəhidim, torpağım, deyə bağırıb, paylaşımlar edirdiniz. Bəs vətənpərvərliyiniz necə oldu? Elə sosial şəbəkələrdə paylaşımlardamı vətənpərvərsiniz? Yoxsa borcunuzu, hərbi geyimdə klip çəkdirməklə ödədiyinizi düşündünüz?

Onlara kliplər, paylaşımlar yox, özəl günlərində yanlarında olmağınız lazımdır. Bütün ifaçıları bu gözəl təşəbbüsə qoşulmağa dəvət edirəm. Gözəllik, gün salonları və  məclislərlə əlaqəli digər sahələrdə çalışanlara səslənirəm. Qazilərimizə, Vətən oğullarımıza, şəhid ailələrimizin balalarının toy günlərində diqqət göstərin. Qazilərimiz də canlı şəhid sayılırlar. Biz onların sayəsində rahat yaşayırıq. Nə tez unutdunuz?"

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın