Faiq Ağayev “Taliban”dan danışdı: “Bu görüntülər Azərbaycana dərs olacaqmı?“

18, 08, 21
18:00

Faiq Ağayev “Taliban”dan danışdı: “Bu görüntülər Azərbaycana dərs olacaqmı?“


"Təhsili, savadı olmayan toplumun acınacaqlı durumudur. Bu dəhşətli görüntülər Azərbaycanda övladlarını təhsildən ayıran valideynlərə dərs olacaqmı?”

 Bu sözləri Xalq artisti Faiq Ağayev Əfqanıstanda baş verən hadisələr barədə yazıb.

Sosial şəbəkə hesabında Əfqanıstandan görüntülər paylaşan sənətçi vəziyyətin acınacaqlı olduğunu qeyd edib:

"Bu dəhşətli görüntülər Azərbaycanda övladlarını təhsildən ayıran valideynlərə dərs olacaqmı? Cümə günündə "şeytan əməlidir" deyə televizor, avtomobil daşlayan kütlə, əlbəttə ki, təyyarədən də avtobusdakı kimi sallanıb, yol qət etmək imkanına inanacaq. Çox ağır, acı, ağılasığmaz mənzərədir".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın