Kamil Zeynallı 17 yaşlı erməni qızıyla bağlı ittihama CAVAB VERDİ

06, 07, 21
17:00

Kamil Zeynallı 17 yaşlı erməni qızıyla bağlı ittihama CAVAB VERDİ


Xəbər verdiyimiz kimi, bu dəfə ermənilər tanınmış idmançı Kamil Zeynallıya qarşı gülünc kampaniyaya başlayıblar. İnqa Xosroyeva adlı erməni əsilli falçı idmançının fotosuna intiharı üçün əlindən gələni edəcəyini bildirib. O, iddia edir ki, bu ritualdan sonra Kamil  intihar edəcək.

Azerbaycanrealligi.com xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-a danışan Kamil Zeynallı belə şeylərə inanmadığını deyib:

“Həmin videoya “Youtube”da baxdım, 24 dəqiqə mənə cadu etməklə məşğul olub, köpək qızı. Qadın qara magiya ilə məşğuldur. Mən belə şeylərə inanan, yaxud onun arxası ilə gedən adam deyiləm. İçimizdə cadu edənlər az idi, biri də qıraqdan çıxdı. Öz içimizdə bizi “yeyənlər” o qədər çoxdur ki, elə öz ətrafımızdakılardır. Biri də qoy erməni olsun. Guya nə edəcəklər? İnsanı Allah qorusun, onlar kimdir ki? Zavallı insanlardırlar. Nəsə edə bilsələr, elə özlərinə gün ağlayarlar. Axı onlar Kamilə nə edə bilərlər?! Bir də ki, məni qazi qardaşlarımızın, şəhid analarının duası hər zaman qoruyur, o dünyada ən böyük qoruyucu qalxandır, ermənilər kimdir ki? Cadu ilə iş keçsə idi, özlərinə edəydilər, döyüşdə qalib gələydilər”.

İdmançı erməni falçının onun müharibədə iştirak etmiş 17 yaşlı qızı zorlaması və öldürməsi ilə bağlı iddialarını təkzib edib:

“Erməninin ağına da, qarasına da, qızına da, oğlanına da nəhlət! Onların qızını da, qadınını da, yaşlısını da, cavanını da öldürmək olar, onların qanı bizə halaldır. Bir dəqiqəlik Xocalı faciəsini göz önünə gətirmək kifayət edir, ermənilər bizim hansı qadınımıza, qızımıza, uşağımıza güzəşt etdilər?!  Mən demirəm kimisə öldürmüşəm, heç öldürsəm də demərəm. Bu müharibədir və mən o müharibəyə qanunsuz, gizlincə getmişəm, əsgər qardaşlarım üçün əlimdən gələn köməyi əsirgəməmişəm. Elə şeylər var ki, danışılası deyil. Biz onlara nə etsək, başlarına nə oyun açsaq, halalımızdır”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın