Pərvin Abıyeva karantin və yol hərəkatı qaydalarını pozdu. İcazəsiz, kəmərsiz və telefonla - VİDEO

23, 04, 20
11:54

Pərvin Abıyeva karantin və yol hərəkatı qaydalarını pozdu. İcazəsiz, kəmərsiz və telefonla - VİDEO


Aktrisa Pərvin Abıyeva İnstaqramda tez-tez canlı yayıma girib, izləyiciləri ilə ünsiyyət quran məşhurlardandır.

Azerbaycanrealligi.com xəbər verir ki, sənətçi bu gün də günorta saatlarında İnstaqramın canlı yayımında görünüb.  O, avtomobil sürə-sürə sualları cavablandırıb.

İlk növbədə aktrisanın avtomobil idarə edərkən kəmər taxmaması diqqət çəkib. Bununla bağlı sualları isə Pərvin cavabsız qoyub.
Digər qayda pozuntusunu isə aktrisa maşın sürərkən telefondan istifadə etməsi ilə həyata keçirib. Pərvininin yola yox, daha çox telefona baxması izləyicilər tərəfindən tənqid edilib.

Mərdəkan qəsəbəsi tərəfə getdiyini deyən Abıyevaya izləyicilərin "SMS-də neçə yazıb çıxmısınız? Karantin vaxtı hara gedirsiz" sualına "Heç neçəyə SMS göndərməmişəm. Mənə yox, bu insanlara deyin bu karantində hara gedirlər" cavabını verib.

Qeyd edək ki, sürücülər təhlükəsizlik kəmərlərini bağlamadıqları üçün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə 40 manat cərimə olunurlar.

“Yol hərəkəti haqqında” qanuna görə, sükan arxasında hərəkət zamanı əldə mobil telefon saxlamaq və ondan istifadə etmək inzibati xəta tərkibi yaradır və sürücü 50 manat cərimələnməlidir.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbiq edilən karantin rejimində 8103-ə SMS göndərərk 2 və ya 5 saatlıq icazə ilə küçəyə çıxmaq mümkündür. İcazəsiz küçəyə çıxanlar isə 100 manat cərimələnir. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın