Daha bir meyxanaçı narkomaniya təbliğatı ittihamı ilə həbs edilib

26, 04, 19
15:46

Daha bir meyxanaçı narkomaniya təbliğatı ittihamı ilə həbs edilib


İlkin Hüseynli

Azerbaycanrealligi.com xəbər verir ki, Azərbaycanda narkomoniyanı təbliğ etməkdə ittiham olunan meyxanaçı İlkin Hüseynli saxlanılıb. Report yazır ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları 25 yaşlı meyxanaçını həbs edib.

DİN-in yaydığı məlumata görə, Tərtər Rayon Məhkəməsi meyxanaçı İ.Hüseynlini 20 gün müddətinə azadlıqdan məhrum edib.
Nə baş verib: İlkin Hüseynlidən əvvəl bu ay ərzində digər meyxanaçı və bir reper oxşar ittihamla həbs olunub. “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev aprelin 1-i oxuduğu meyxanaya görə saxlanılıb. Rəsmi məlumatda deyilir ki, onun üstündə marixuana aşkar edilib. O, 30 sutkalıq inzibati həbsə məhkum edilib.

“Rüzgar” ləqəbli reper Aydın Hüseynov aprelin 15-i saxlanılın və onun üzərində 1,21 qram marixuana tapılıb. Reper 30 sutka müddətində inzibati qaydada həbs edilib. Reperin produserinin dediyinə görə saxlanılan zaman onun “Yenə gedirəm mal-mal dalınca” repinə görə həbs edildiyi bildirilib.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın