Afaq Aslan həmkarlarına söz atdı: “Oturmadıqları qucaq qalmayıb” – VİDEO

18, 06, 18
15:56

Afaq Aslan həmkarlarına söz atdı: “Oturmadıqları qucaq qalmayıb” – VİDEO

lady gaga
Rövşən Ağasəfqızının təqdimatında ARB-də yayımlanan “Düz bazar” verilişində məşhur xanımların geyimi ilə bağlı səslənən iradlar müzakirə olunub.
Verilişdə qonaq olan jurnalist Tahirə Məmmədqızı ilə müğənni Afaq Aslan arasında maraqlı diskusiya alınıb. Belə ki, Tahirə Məmmədqızının “sənin paylaşımlarına görə bizə də söz gəlir” deməsi Afaqı özündən çıxardıb. O, Tahirəyə belə cavab verib:
 
“Azərbaycan şoubiznesində elə müğənnilər var ki, o qədər qapalı geyinir, o qədər qapalı paylaşım edir ki, sən onun həyat tərzinə baxsan qadınlığına nifrət edərsən. Gəzmədikləri ocaqbaşı qalmır, oturub-durmadıqları qucaq qalmır, onun-bunun sevgilisini əlindən alır. Heç vaxt insanı geyiminə görə müzakirə etməzlər. Geyim əxlaq ölçüsü deyil. Heç kim çıxıb  deyə bilməz ki, Afaqın həyat tərzi belədir, elədir. Mən bu yaşıma qədər nə spirtli içki qəbul etmişəm, nə də kimsə damağımda siqaret görüb. Mən uşaqlığımdan idmanla məşğul olan adamam. Mən indi özümə güvənirəmsə, mən bədən quruluşuma güvənirəmsə, ürəyim istəyən geyimi geyinə bilirəmsə, bu o deməkdir ki, mən əxlaqsızam?”.
 
Tahirə isə müğənniyə cavabında “Gözəl və cazibədar xanımsan. Amma açıq-saçıq geyinmədən də o cazibəni əks cinsin nümayəndələrinə nümayiş etdirə bilərsən” deyib. Jurnalistin bu sözü aparıcı Rövşanə Ağasəfqızı tərəfindən də etirazla qarşılanıb.
 
Söhbətin davamına videodan baxa bilərsiniz:

Bizimlə əlaqə saxlayın