"Yaxşı deyiləm, qardaş..." - Xərçəngdən dünyasını dəyişən aparıcının MESAJI ÜRƏK DAĞLADI - FOTO

04, 01, 19
20:26

"Yaxşı deyiləm, qardaş..." - Xərçəngdən dünyasını dəyişən aparıcının MESAJI ÜRƏK DAĞLADI - FOTO

"YaxÅı deyilÉm, qardaÅ..." - XÉrçÉngdÉn dünyasını dÉyiÅÉn aparıcının MESAJI ÃRÆK DAÄLADI - FOTO
“Xəzər” televiziyasının xəbərlər proqramının və “Günə başlarkən” verilişinin keçmiş aparıcısı İqrar Eyvazov xərçəng xəstəliyindən dünyasını dəyişən aparıcı Ceyran Nərimanla bağlı acı xatirələrini bölüşüb.

Azerbaycanrealligi.com xəbər verir ki, o, mərhum aparıcının mesajını paylaşaraq onun ölümündən sarsıldığını bu sözlərlə ifadə edib:

"Həyat çox qəribədir. Ceyranı 2006-cı ildən tanıyırdım. Elə həmin ildən bir yerdə Space televiziyası və radiosunda bir yerdə işləyirdik.

Həqiqətən də elə deyilən kimi idi. Çox enerjili. Bir dəqiqə dayanmırdı. Axırıncı dəfə mənə zəng elədi və dedi ki, mütləq görüşək. 28 may metrosunun yanında görüşdük. Dedi layihəm var, sənlə edək bunu. Amma bir balaca narahatam, özümə gəlim, reallaşdıraq.

Uzun müddət ondan səs çıxmadı. 2016-cı ildə zəng vurdum ki, haralardasan? Dedi gəlirəm, sənlə təcili işim var. Gəldi, amma rəngi yerində deyildi. Səbəbini soruşdum. Əvvəl demək istəmədi. Sonra xahiş etdi ki, heç kimə deməyim. Dedi heç kim bilmir, bir iki nəfər bilir, şiş xəstəliyindən müalicə alıram.

Uzun söhbətdən sonra dedi ki, kimyaterapiya olunuram, bəlkə oralarda tanışın olar. Əlbəttə, var dedim və sabahısı gün görüşüb birlikdə Onkoloji mərkəzə getdik. Həkimi ilə görüşdüm, danışdıq, dedi kimyaterapiyaya davam etməlidir.

Sonuncu dəfə dekabrın 1-də yazdım ki, indi necəsən? Dedi yaxşı deyiləm...

Və son cümləsi: "Görürsən də qardaş, qocalıram"".
"YaxÅı deyilÉm, qardaÅ..." - XÉrçÉngdÉn dünyasını dÉyiÅÉn aparıcının MESAJI ÃRÆK DAÄLADI - FOTO
"YaxÅı deyilÉm, qardaÅ..." - XÉrçÉngdÉn dünyasını dÉyiÅÉn aparıcının MESAJI ÃRÆK DAÄLADI - FOTO

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın