İmamlarımızın şəhid olan günü yasımı da saxlayacağam, matəmimi də tutacağam - Şəbnəm Tovuzlu

Şou-biznes / Manşet / Redaktorun seçimi
 18-09-2018, 07:49     2 843

"İmamlarımızın ÅÉhid olması ayın 20-nÉ düÅür, yasımı da tutacam" - ÅÉbnÉm onu qınayanları susdurdu

"Dinlə bağlı bilib-bilmədən danışanlara sözüm budur ki, imamlarımız 9 gün döyüşüb, 10-cu gün isə şəhid olublar".

Azerbaycanrealligi.com BiG.AZ-a isitnadən xəbər verir ki, bu sözləri konserti Məhərrəmlik ayına təsadüf edən müğənni Şəbnəm Tovuzlu deyib. İfaçı xanım bildirib ki, Aşura günü yas da saxlayacaq, matəm də tutacaq:

"Düzdür, Məhərrəmlik ayıdır. Amma dinlə bağlı lazımsız tənqidlər edənlərə demək istəyirəm ki, yaxşı araşdırsanız görərsiniz ki, imamlarımız 9 gün döyüşüb, döyüşün 10-cu günü isə şəhid olublar. Bu il müsəlman aləmində imamlarımızın şəhid olan günü sentyabr ayının 20-nə təsadüf edir. Həmin gün yasımı da saxlayacağam, matəmimi də tutacağam. Biz dinimizi, imanımızı sevirik və qəlbimizdə yaşadırıq". 

Azerbaycanrealligi.com