"Həyat yoldaşım konsertə helikopterlə göydən nəzarət edəcək" - Şəbnəm Tovuzlu

Şou-biznes / Manşet
 16-09-2018, 07:57     12 652


"Azərbaycan Reallığı" xəbər verir ki, mügənni Şəbnəm Tovuzlu bu gün konsert vermək üçün Yaşıl teatra yollanıb. Müğənni hal - hazırda konsert öncəsi məşqlərini tamamlayıb, vijaz üçün hazırlıq edir. Konsert öncəsi Şəbnəm Tovuzlu deyib: " Həyəcan hələ ki, yoxdur. Çox xoşbəxtəm. Amma səhnəyə çıxanda o auditoriyanı görüb, həyəcan olarsa, bir şey deyə bilmərəm. Ailəmdən qaynanam, qayınımın qızı yanımda olacaq. Həyat yoldaşım təbii məni tək buraxmaz, o helekopterlə fırlanıb, göydən nəzarət edəcək. Allah hər kəsin ailəsini sevənlərini var etsin, çox sevinirəm."

Qeyd edək ki, Şəbnəm Tovuzlu bu gün Yaşıl Teatrda saat 20:00-da möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

AZƏRBAYCANREALLIĞI.COM