Əməkdar müəllim:"Eşqi Bağırov cənab Prezidentə də, nazirə də bilərəkdən hörmətsizlik etdi" - MÜSAHİBƏ

17, 04, 23
17:00

Əməkdar müəllim:"Eşqi Bağırov cənab Prezidentə də, nazirə də bilərəkdən hörmətsizlik etdi" - MÜSAHİBƏ


"Azərbaycan Reallığı" "TƏRƏQQİ" medalı almış Əməkdar müəllim Cəbrayıl Şıxəliyevlə müsahibəni təqdim edir:

 Cəbrayıl müəllim, ilk olaraq ümumu fəaliyyətiniz barədə qısa məlumat verə bilərsinizmi? 

Mən gənc yaşlarımdan müəllim işləmişəm, bu sahəyə həmişə marağım olub.1974-cü ildən - indiki ADU-nu bitirdikdən Zəngilanın işğalınadək rayonun Dəlləkli və Bartaz dayanacağı məktəblərində ixtisasım üzrə ingilis - Azərbaycan dilləri müəllimi (1989-cu ildən Bartaz dayanacağı orta məktəbində direktor) işləməklə üst-üstə 45 il pedaqoji fəliyyətdə olmuşam. Bartaz dayanacağı kənd orta məktəbinə S.Behrənginin adını verəndə də manelərlə qarşılaşmışam. 

 Müharibə vaxtı necə oldu? 
   

1993-cü ilin oktyabrında rayon işğal edildi. Bakıda məskunlaşdıq. Mənim ilk amalım pərən-pərən düşmüş müəllim-şagird kollektivini bir yerə yığıb məktəbin fəaliyyətini bərpa etmək oldu. Binəqədi RTŞ-nin müdiri Məhəmməd Bayramov bizə yer verdi. Bir neçə məktəb dəyişməli olduq, çətin dövr idi. Hətta məktəbdə dərs-hissə müdiri işləmək istəyən belə yox idi. Rayondan gətirdiyim skamyaları belə məktəbə aparmaq zorunda qalmışdım, təki iş düzəlsin.

Siz Bakıda da Zəngilan məktəbində direktor olmusunuz?    

Bəli, qeyd etdiyim kimi,1994-cü ilin fevral ayından əvvəl 83,126 №-li məktəblərin nəzdində,1998-ci ildən isə  2009-cu ilədək 6 saylı peşə liseyində olmuşuq. 2009-cu ildə bizə yeni müasir tipli məktəb binası verdilər. Məktəbin açılışında cənab Prezident özü şəxsən iştirak etdi. Prezident mənə öz tövsiyyələrini verdi, mən də onlara əməl etdim.  

Sizə "TƏRƏQQİ"medalı da verilib.   
 

Bəli, 2010-cu ildə cənab İlham Əliyevin Sərəncamı ilə "TƏRƏQQİ" medalı ilə təltif olundum. 2016-da isə Əməkdar müəllim adı aldım. Bundan əlavə, 2008-ci ildə müəllimlərin 13-cü qurultayının nümayəndəsi olmuşdum, 2002-ci ildə isə TN Kollegiyasının Fəxri fərmanına layiq görülmüşdüm.

Bəs sizi narahat edən nədir?  

Birinci aldadıdıldığımı hiss edə-edə aldanmağımdır. Zəngilan TŞ müdiri hörmətli Zakir müəllim mənə dedi ki, nə məsələdirsə, Eşqi müəllim səninlə şəxsən görüşmək istəyir, 19 oktyabrda səni gözləyir. Getdim də, gördüm də. Mən tərəfdən  Nazirin adına ərizə yazılmalı idi, o ərizəni məndən almadı, hiyləsini ertəsi günə saxladı. Sən demə, bu hələ mənim haqqımda 1 saylı ƏMHM-rəisi, özünün əl buyruqçusu Süleymanov Elxana məktub da yazdırıbmış ki, guya mənim kompüter savadım kəm imiş...Zaman da öz sözünü dedi:

Bəs Eşqi Bağırovun məqsədi nə idi?    

Sonradan öyrəndim ki,TN müavini əmtəəşünas ixtisaslı indi 71 yaşlı Firudin Qurbanov Eşqiyə tapşırıq veribmiş mənim "torbamı" tikməyə. Niyəsi, bu gün də mənim üçün müəmma olaraq qalmaqdadır. Çağırdı, getdim adlarını çəkdiyi adamları tanımadığımı dedim. Anladım ki, bu adam biri Səbayılda, digəri Binəqədidə yerləşən 4 №-li məktəb adı altında müxtəlif tipli  fəaliyyətdə olan 2 məktəbi  dəyiş-düyüş salıb. Məktəbləri də, mətləbləri də qatıb-qarışdırdığını dedim, qarşısında mənim üçün kompromat deyib yığdığı papkanı nəzakətsizcəsinə kompüter arxasında oturan qızın üstünə tulladı. Yaxşı,mən cənab Nazirə müraciət edərəm,-dedi. Ayrıldıq. Ertəsi gün nazirinə məktub yazdırıb məni arxayın saldı, çirkin niyyətini həyata keçirməyə zəmin hazırladı.

Bunların sizinlə nə qərəzi vardı?    

Bunu onlardan soruşun:
 
1.M.Ç.Cabbarovdan,

2.F.Qurbanovdan,

3.M.B.Eynullayevdən,

4.E.M.Süleymanovdan ,

5.E.C.Bağırovdan.  Aldanan, haqqı oğurlanan mənəm, həm də tək deyiləm, cənab Prezidentdir və həm elə Mikayıl Cabbarovdur, həm də M.B.Eynullayevdir; Aldadanlar, haqqa girənlərsə  Eşqi bəydir, S.Elxandır, bir də F.Qurbanovdur...

 Son olaraq nə deyə bilərsiniz?  
 

Zatən, mən hər şeyi indiyəcən hər yerdə, hər kəsə demişəm. Hətta Balakəndə üzbəüz Ceyhun Əziz oğlu Bayramova, PA-da Fərəh Şirməmməd qızı Əliyevaya, Baş Prokurorluğa... Əlavə edirəm ki, mənim bütün çəkdiyim əziyyəti, Prezident ödüllərini belə yerə vuraraq 45 illik qüsursuz pedaqoji fəaliyyətlə (ondan 29 ili direktor) məşğul olub təhsildə saç-saqqal ağartmış bir adamı nədən möhlət hüququ ola-ola 242 manatlıq təqaüdə qovaladı. Halbuki 2017-nin 19 oktyabrında həyasızcasına üzümə demişdi ki,bilirsən da,yanvarın birindən maaşlarınız artır,səninlə müqaviləni niyə uzatmalıyıq ki?

İndi dədəsi Bağırov Cəfər Əziz oğlu 2020-ci ildən-pandemiyanın tüğyan etdiyi vaxtdan 70 yaşdan sonra MM Aparatında Mətbəə müdiri vəzifəsini daşıyır... Axı Spikerin köməkçisi Hacıyev Fərid Famil oğlu Eşqinin 2008-ci ilin iyununda təsis edib sahiblik etdiyi "ALLURE" MMC-nin həmşərikidir... Mən Ölkə ELİTASINDAN,məsələyə  aidiyyatı olan səlahiyyət sahiblərindən bu işə bir əncam çəkməsini istəyirəm. Eşqini etdiyi qərəzə görə heç vaxt bağışlamaram. Əminəm ki,mənə qarşı etdiyi çirkin əməllərin cəzasını Allah da ona verəcək.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 
 

Bizimlə əlaqə saxlayın