Crystal restoranının rəhbəri: "Afşin Azəri bu işi bacarmadı" - MÜSAHİBƏ

10, 04, 23
16:00

Crystal restoranının rəhbəri: "Afşin Azəri bu işi bacarmadı" - MÜSAHİBƏ


Bu gün Bakı restoranları içərisində yeməkləri və xidməti ilə tanınmış, xüsusi ad qazanmış Crystal restoranı hər kəsin diqqətindədir. Həqiqətən də bu restoranı digər restoranlardan fərqləndirən cəhəti dadlı yeməkləri, yüksək xidməti ilə yanaşı münasib qiymətlər və səmimi, işgüzar kollektivinin olmasıdır. Bu kollektivə də Azadə xanım rəhbərlik edir. "Azərbaycan Reallığı" olaraq Azadə Quliyeva ilə müsahibəni təqdim edirik:

Azadə xanım, niyə bu restoranın adı Crystal?  

Crystal Palacedə yerləşdiyi üçün belə ad qoyduq. Düşündük ki, bu ad daha uyğun olar.  

Tutaq ki, mən müştəriyəm, niyə sizin restoranı seçim?


Ona görə bizim restoranı seçməlisiniz ki, birincisi biz ailəvi restoranıq. Səliqə-səhman evimizdəki qədərdir. Azərbaycan mətbəxidir. Yeməklərin keyfiyyəti və yüksək xidmət göz önündədir. Bir neçə zalımız var. Ad günü, nişan, xına mərasimləri də keçiririk. Hazırda Ramazan ayıdır və bizim iftar menyularımız var. 

Setlər haqqında nə deyə bilərsiniz?

Bir neçə setimiz var. Saat 12:00-dan 17:00-dək xüsusi setlər təklif edirik. Əsasən də çay seti. Hər gün saat 19:00-dan sonra canlı musiqimiz də öz yerində.   

Kimlər oxuyur?


Bizim restoranda bir çox müğənnilər oxuyur. Məşhurlardan xüsusi olaraq Xatirə İslam, Nəfəs, Zeynəb xanım, Afşin Azəri, Barış Kömürçüoğlunu qeyd etmək istəyirəm. Eybi zamanda, bizim restoranda tanınmış sənətkarımız Yaşar Nurinin qızı Ülkər xanım hər gün çıxış edir. 

Azadə xanım, restoran olaraq qısa müddətdə bütün Bakıya səs salmısız, sizin sirriniz nədir?

Mən işimi sevirəm. Öz borcum kimi xidmət edirəm. Hətta olur ki, özüm də müştəriyə yaxınlaşıram, nə problem olduğunu soruşuram. Yorulmadan xidmət edirəm.   

Restoranın əhatə dairəsi nə qədərdir, məkan olaraq?
 
Hazırda bizim 4 nəfərlik 2, 8 nəfərlik 1, 35 nəfərlik 1 və 150 nəfərlik bir zalımız var. Bütün tədbirlər üçün xidmət etməyə hazırıq. 

İşçilər də hamısı saat kimi işləyir, maşallah, bayaqdan fikir verirəm, hamısı ürəklə çalışır. 

İçdilər növbəli çalışır. Səhər saatları və günortadan sonra, iki növbəli iş qrafiki var. Çalışıram ki, həm də işçilər yorulmasın.

Bayaq bildirdiniz ki, sizdə ancaq Azərbaycan mətbəxidir. Xarici yeməklər heç olmur? 

Bəli, bizdə əsasən Azərbaycan mətbəxidir. Müştərilərin istədiyi yeməkləri hazırlayırıq. Hətta bizim 11-ci mərtəbədə tədbirimiz də var. Təndir yeməkləri də hazırlayırıq. Müştərilərin istəyinə uyğun xarici yeməklər də bişirə bilirik. Mətbəximiz və kollektivimiz buna imkan verir.   

Əsasən, müştəriləriniz hansı peşə sahibləri olur?  

Əsasən, müəllimlər, həkimlər, vəkillər olur, amma cəmiyyətin müxtəlif təbəqələrindən insanlar gəlir. Ailəvi restoran olduğu üçün hər kəs bizi seçir və sevir.  

Qarşıda nələr planlayırsız?

Qarşıda konsert proqramımız var, tanınmış sənətkarımız Natavan Həbibi bizim restoran müştərilərini sevindirəcək və bizim restoranda konser verəcək. 

Bu konsert bilet vasitəsi ilə olacaq?

Xeyir, depozit formasında olacaq, bura yeməklər də daxildir. 

Bu konsertdə iştirak etmək üçün nə etməliyik?  

Bunun üçün zəng edib yer sifariş etmək kifayətdir.  

Qiymətlər necədir?

Qiymətlər çox münasibdir. Bizim menyular çox restorandan seçilir. Bəzən müştərilər təəccüb edirlər ki, niyə belə münasib qiymətlər olur yüksək xidmətin və dadlı yeməklərin qarşısında.

Müştəri xidmətlərini genişləndirilməsi üçün nə edirsiz?

Müştəri əhatəsini genişləndirmək üçün əsasən dadlı nə keyfiyyətli yeməklərə diqqət edirik. Hətta biz istəyirik ki, müxtəlif gecələr təşkil edək. Məsələn, Bakı gecələri olsun, o gün bütün yeməklər və musiqilər Bakını xatırlatsın. 

İşçiləriniz niyə belə ürəklə işləyir, siz onlarla necə rəftar edirsiz?  


Mən işçilərimlə birinci növbədə dostam. İşçinin problemini bilmək lazımdır. Onun ailəsində problemi ola bilər. Onu işdən qovmaq yox, problemini həll etmək lazımdır. Ondan sonra o işçi bu yerə iş yeri kimi yox öz evi kimi, öz obyekti kimi baxacaq. Biz evimizdən çox burda oluruq. Bura bizim evimiz kimidir.    

Qadın kimi, xanım kimi sizə bu işlər çətin deyil?

Mənə çətin deyil, bəlkə də işimi sevdiyimdən irəli gəlir. Mən bazarlıqları da özüm edirəm, ətindən meyvə-tərəvəzinə qədər özüm seçirəm. 

Sizdən öncə buranı tanınmış müğənni Afşin Azəri işlədirdi. Necə oldu ki, siz götürdüz?

Afşin Azərinin burdan getmə səbəbi odur ki, o, musiqiçidir, sənətkardır, vaxt ayıra bilmirdi. Afşin Azərinin öz studiyası var. Sənət baxımından böyük işlər görür.  Bəzən özü gülürdü ki, mənim mahnı yazmaq vaxtınmdır, gəlib pətənə sayıram.   

Yəni, restoran işi Afşin Azərilik deyil?

O, sənətçidir, sənətkardır, öz sahəsi var. Ona mənim böyük hörmətim var, biz ailəvi dostuq. 

Son olaraq nə demək istəyirsiniz?

Bütün müştərilərimizə bizi seçdiyiniz üçün sağ olun, deyirəm, biz də sizə xidmət etməkdən yorulmuruq. Həmişə siz gəlin. 

Son

Qeyd edək ki, Crystal restoranı ölkənin ən tanınmış restoranlarından biridir. Burada Azərbaycanda heç vaxt görmədiyiniz xidmət və münasib qiymətlərlə dadlı yeməklər sizi gözləyir. Restoranla əlaqə üçün: 050-798-22-48





AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın