Limunət Əmrahlı: “Uşaq psixoloqu olmaq sistemli peşə təhsili və xüsusi keyfiyyətlər tələb edir”

28, 07, 18
13:23

Limunət Əmrahlı: “Uşaq psixoloqu olmaq sistemli peşə təhsili və xüsusi keyfiyyətlər tələb edir”

Xatırladırıq ki, son günlər  sosial səbəkələrdə “Loqos” psixoloji və nitq inkişafı mərkəzinin fəaliyyəti haqqında vətəndaş münasibətini əks etdirən çoxsaylı yazılar özünə yer alıb.

azerbaycanrealligi.com və yenigundem.az saytlarinda özünə yer alan bu mövzu təhsil cəmiyyəti üçün də həssas bir sahə olduğuna görə poeşəkar mütəxəssislərin məsələyə münasibətini öyrənməyi lazım bildik. Bu məqsədlə psixologiya üzrə fəlsəfə doktoru, dosent, Psixoqamam” praktik Psixologiya Mərkəzinin rəhbəri Limunət Əmrahlıya bir neçə sual ünvanladıq. Məsələ ilə bağlı onunla apardığımız müsahibəni sizə təqdim edirik.

 Limunət xanım! Neçə illərdir ki, Pesbublikada praktik psixoloji xidmət sahəsində fəaliyyət göstərirsiniz. Yəqin ki, bu sahədə fəaliyyət göstərən mü-təxəsislər və mərkəzlər haqqında məlumatlarınız da olmamış deyil. Bu gün “Loqos” psixoloji və nitq inkişafı mərkəzinin fəaliyyəti haqqında yayılan məlumatlar bu sa-hə ilə bağlılığı olan hər kəsin müzakirə mövzusuna çevrilib. Sizcə nə baş verir? Bu həmin mərkəzdən narazı olan birinin qisas almasıdırmı, yoxsa, həmin mərkəz və onun rəhbəri haqqında yayılan məlumatlarda həqiqətlər varmı?

Doğrusu, bu suallar məni də düşündürür. Öz statusumda da yazmışam. “Kaş yalan olaydı!”. Özünüz fikirləşin! Fəaliyyət sahəsi haqqında cəmiyyətdə etimadsızlıq yaradan məlumatların yayılmasını kim istər. Sağlam düşüncəli insan bundan yalnız təəssüflənə bilər. Digər tərəfdən, əgər bu məlumatlar vətəndaşlarda narazılıq yarat-saydı, yenə də təsəlli tapmaq olardı. Əksinə, ilk məlumatlardan sonra yayılan yeni infomasiyalar daha geniş sahəni əhatə etməyə başladı, daha da dərinləşdi. Artıq burada təəssüf hissinə yer qalmır. Nə qədər soyuqqanlı olsan belə, psixoloji xidmət işinə ləkə vuran bi faktlara qarşı susqunluq göstərə bilmirsən.

Ədalət naminə deyək ki, “Loqos”un özü və filialları nümunəvi xidmət reklam edirlər. Binaları gözəl, daxili qaydaları yaxşı, xeyriyyəçilik fəaliyyəti göstərirlər, irili-xırdalı layihələr həyata keçirirlər və s. Xidmət işi elədir ki, oradan həmişə hamı razı olmur. Siz necə düşünürsünüz?

Loqos” haqqında dediklərinizlə razıyam. Hazırda Azərbaycanda psixoloji xidmət deyəndə insanların ilk ağlına gələn “Loqos”dur. Çünki insanlar gecə-günüz K.İ.V. məkanında yalnız onların və başqa bir mərkəzin də reklamlarının təsiri altındadırlar. Ancaq bu heç də həmin mərkəzlərin peşəkar fəaliyyətlə məşğul olması anlamına gəlmir. Bu, gözəl bir bina tikib oraya baytarlıq qurtaran adamı cərrah qoymaq kimi bir işdir.
Nəzərə almalıyıq ki, psixoloji xidmətin sahələri çox olsa da, mərkəzlərə gedənlərin əksəriyyəti uşaqlardır. Orada fəaliyyət göstərən “tanınmışların” isə heç biri bilavasitə uşaqla işləyən mütəxəssislər deyillər. Əksəriyyətinin nə baza təhsili, nə də, ümumiyyətlə təhsili psixologiya deyil. Uşaq psixoloqu olmaq sistemli peşə təhsili və xüsusi keyfiyyətlər tələb edir. Ən azı bu mütəxəssislər uşaqların yaş xüsusiyyət-lərinə bələd olmalı, bardaş qurub uşaqla birgə döşəmə üzərində qarşı-qarşıya oturma-lı, onun səviyyəsində durmalıdırlar. Yeri gələndə onunla zarafatlaşmalı, onunla birgə xalça üzərində uzanıb söhbət etməli, sürünməli, mahnı oxumalı, rəqs etməlidirlər.
İndi özünüz o tanınmışları bu rolda təsəvvür edin. Nəzərə alaq ki, uşaq psixologiyası ən asan öyrənilən sahə hesab olunur. Yanlış yanaşmadır, ancaq belə hesab edirlər. Yuxarı yaşlarla işləmək daha çox məsuliyyət və daha çox zaman tələb edir. Bir çox nəzəriyyələrin metodoloji bazasına və psixotexnikalarına bələd olmaq lazımdır. Burada da çoxsaylı məsələlər var.

Yayılan məlumatlarda diqqət çəkən bir məsələ də var. Görünür mərkəzlər arasındakı rəqabətdən doğur. Məsələn, saytda verilmiş məlumatda Loqosun rəhbəri barədə yazılır ki, “dərdi digər bütün psixoloji mərkəzlərin “torbasını tikməkdir”. Gah vergilərdən öz adamlarına pul basıb onların üzərinə göndərir. Gah da bütün televiziyalara qadağa qoydurtdurur ki Loqosdan başqa heç bir psixologiya mərkəzlərini efirə buraxmasınlar”. Bu məsələyə münasibətiniz necədir. İnandırıcıdırmı? Məsələn, Siz özünüzə, rəhbərlik etdiyiniz mərkəzə qarşı belə basqı hiss etmisinizmi?

Əgər bu həqiqətdirsə, həmin hərəkətdə cinayət tərkibi var. Şəxsən mən özümə qarşı belə bir basqı hiss etməmişəm. Ancaq bu da həqiqətdir ki, onlar televiziyaları inhisara alıblar. Elə qiymətlərlə reklama girirlər ki, imkanım olsa belə, həmin məbləği vermərəm. Hesab edirəm ki, televiziyanın şoyu məkanında psixologiya elmi-ni də şouya çevirmək olmaz. İşimi-gücümü atıb saatlarla orada otursam, mərkəzin fəaliyyətinə kim rəhbərlik edəcək. Əslində, verilişlərə sponsoruq etmək mənə də təklif olunub. Aylıq qiymətlər 5-10 min manat arasında dəyişir.
Digər tərəfdən, mən loqosun rəhbəri üçün kiməm ki, mənimlə rəqabət də aparsın. O heç adımı, varlığımı da bilmir, çünki bu sahəyə paraşütlə düşüb. Əgər psixoloqların getdiyi yolla gəlsəydi o yolda mənimlə və digər sadə elm adamları ilə də rastlaşardı. Mən onun üçün kiçik, zəif fiquram. Yaxşı ki, belədir.

 Bəs, görəsən dünya təcrübəsində necədir? Bu barədə məlumatınız varmı?

Hər bir ölkədə fərqlidir. Hamısı barədə məlumat verməyə imkan yoxdur. İki ölkənin təcrübəsini bölüşə bilərəm. Türkiyədə bu sahə klinikaların nəzarətindədir. Heç kim özbaşına, yalnız vergi sistemi vasitəsi ilə mərkəz aça bilməz. Rusiyada da belədir. Bu yaxınlarda Rostov şəhərində oldum. 4 mərkəzin rəhbəri ilə görüşdüm. Onlardan müsahibə aldım. Biri dövlət, biri özəl olmaqla ikisi ilə keçirdiyim görüşləri FB səhifəmdə yerləşdirmişəm. Kim psixoloji mərkəz açmaq istəyirsə, dövlətin tibbi və təhsil sahəsini əhatə edən mütəxəssilərdən ibarət komissiyadan lisensiya almalıdır. Lisenziyanın müddəti fərqlidir. 3-8 il arasında dəyişir. Bu məsələni illərdir ki, biz də deyirik, qaldırırıq. Nə qədər ki, ölkədə psixoloji xidmət haqqında qanun qəbul olun-mayb, Əsasnamə təsdiq olunmayıb, setifiaktlaşdırma və lisenziyalaşdırma aparılmır, belə özbaşınalıqlar da davam edəcək. Kim öz peşə sahəsində özünü təsdiq edə bilmir-sə, psixoloq olmaq istəyir. Buna şərait yaradılır. Nəticə isə göz qabağındadır.

Bəs mütəxəssisin vicdanı, məsuliyyəti, peşə etikası? Bunlar necə olsun?

Bu sualları onların özlərinə vermək lazımdır. Əli Nağıyev deyir ki, “mən psixoterapevt deyiləm, ancaq bu sahədə fəaliyyət göstərirəm”. Ali təhsilli bir həkim bu sözü ictimaiyyət qarşısında belə asanlıqla deyirsə, artıq şərhə ehtiyac qalmır. Onun çıxış etdiyi respublika forumunda bircə nəfər elm adamlarını gördümüzmü? Belə tədbirlər kçirirlər, biri-birilərinə orden, medal, diplomlar verirlər, ilin psixoloqu elan edirlər. Təxmiən 1 ay öncə bimirəm, harada, nə keçirilib. 4 nəfər özlərini ilin psixoloqları elan ediblər. Buyurun! Onlardan biri də həbsdən yenicə çıxıb. Görünür orada kriminal psixologiya ilə məşğul olub. Hərəsi özünü Ziqmund Freyd, Karl Rocers, Karen Horni hesab edirlər.
Mənim elmi rəhbərim, Azərbaycan psixologiyasının, az qala yarısını yazmış prof. Əbdül Əlizadə deyirdi ki, “qızım, adımın qabağında o professor sözünü yazmayın, özümə heç psixoloq da deməyə utanıram. İnkişaf etmiş ölkələrin psixologiya kafedralarında laborantlar belə psixologiyanı bizdən çox bilirlər”.
O böyük şəxsiyyətin bu peşəyə məsuliyyətli yanaşması mənim üçün də böyük dərs olub. Ona görə də bu sahəni nəzərdən salan hər bir hərəkəri pisləyirəm. Getsinlər, bacardıqları işlə məşğul olsunlar. Psixoloji xidmət də digər xidmət sahələri kimi biznesdir, ancaq şoubiznes deyil. Bunları biri-biri ilə qarışdırmasınlar.

Belə başa düşmək olar ki, Siz də sosial şəbəkələrdə yayılan fikirlərə haqq qazandırırsınız.?

Mən həqiqətlərə haqq qazandırıram. Dünənə qədərki təəssüratlarım belədir, ancaq hər bir faktı araşdırmağa ehtiyacı var. Əlaqədar qurumlar araşdırsınlar, həqiqəti üzə çıxarsınlar. O zaman hər şey aydın olar.

Təşəkkür edirik! Görünür bu sahədə cəmiyyətə məlum olmayan çoxsaylı məsələlər var. Deməli, onlara ictimai nəzarətin artırılmasına da ehtiyac yaranıb. Biz də “Məktəb Güşəsi” jurnalı və Mektebgushesi.az saytı olaraq ölkədə psixoloji xidmətin vəziyyətini gündəmdə saxlamağa çalışacağıq. Sağ olun!

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın