“Bəzi qüvvələr qaziləri öyrədib salırlar dövlətin üstünə” - Kamildən şok açıqlama

01, 11, 22
14:00

“Bəzi qüvvələr qaziləri öyrədib salırlar dövlətin üstünə” - Kamildən şok açıqlama


İki il öncə başlayan və tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. 

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin evlə təmin olunması, müharibə əlillərinin müalicəsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyaya daxil olan insanlara həssas münasibətin göstəricisi sayıla bilər.  

Layihə çərçivəsində bu dəfə tez-tez qazi və şəhid ailələrinə yardımı ilə gündəmə gələn tanınmış fitness məşqçisi Kamil Zeynallı ilə danışmışıq.  
İdmançı şəhid və qazi ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair xeyli tədbirlərin həyata keçirildiyini desə də, bəzən diqqətdən kənarda qalan, yaxud məmur biganəliyi ilə üzləşən ailələr də olduğunu bildirib:

“Mən bilirəm ki, Cənab Prezident şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət ayırır və bunu da tapşırır. O, hər zaman deyir ki, hamıya diqqət ayrılsın, heç kəs kənarda qalmasın. Kimsə öz işində soyuqluq edirsə, bu onların öz günahıdır. Amma bilirəm ki, onlar üçün hər cür şərait yaradılıb. Ölkə rəhbərliyi tərəfindən də deyilib ki, nə istəyirlərsə təmin olunmalıdır.

İşinə soyuq yanaşan nazirlik, yaxud digər qurumların işçiləri var. Məhz onların bu cür yanaşmalarına görə bəzən ortaya bəzi problemlər çıxır, camaat da dövləti qınayır, lakin fikirləşmirlər ki, dövlət onlar üçün hər cür şərait yaradıb. Bu gün bəzən qazilərin narahatlığını görürük, bəziləri onlara qazilik statusunun verilməməsindən gileylənir. Adam qıraqdan baxır, bilmirsən ki, əslində söhbət nədir, necə olub, nədən qaynaqlanır”. 

K.Zeynallı qeyd edib ki, hər bir rayonun icra başçısı bu ailələri daima diqqətdə saxlamalıdır: 

“Bakı və Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzindədir. Xətai Rayon İcra Başçısı Rafiq Quliyev mənim üçün ideal məmur və icra başçılarından biridir. O, hər zaman şəhid ailələrinə, qazilərə böyük diqqət ayırır. Başda Suraxanı olamqla, digər Bakıətrafı rayonların başçıları da həmçinin. Rayonlarda da belədir, sadəcə mən Bakı ərazisində olduğuma görə buradakıları daha çox görürəm. Sumqayıtın İcra Başçısı Zakir Fərəcov da şəhid ailələrinə böyük diqqət ayırır.

Sumqayıtda çox saydı qazi dostlarım var, orada şəhid mövludlarında da iştirak etmişəm. İlk ildə bütün şəhid  ailələri üçün İcra hakimiyyətindən pul ayırdı, onların il mərasimini keçirdi. Şəhid ailələri, qazilərlə bağlı problemlər çox vaxt icra hakimiyyətlərindən qaynaqlanır. Çünki hər rayonun icra hakiminin diqqəti və qayğısı hər zaman onların üzərində olmalıdır.

Eynilə dövlət başçısının qayğısı onların üstündə olduğu kimi. Sonradan yaranan problemlərin kökünü isə bəzən bilmirsən. Bizdə hər şeyi tez qınamaq problemi var. Bəzən dövlətdən kənarda elə qüvvələr olur ki, qaziləri öyrədirlər, doldururlar, göndərirlər dövlətin üstünə. Yaxud da ölkə içərisində hər hansı problem yaratmaq istəyirlər. Onlar dövlətimizi istəməyən qüvvələrdir. 

Vallahi-billahi mən özüm də görürəm ki, dövlət qayğısı şəhid ailələri və qazilərə  yüksək səviyyədədir. Hansısa məmurun güdazına dövlət gedir”.
Onun sözlərinə görə, şəhidlərin unudulmaması üçün bu barədə filmlər, seriallar çəkilməli, kitablar yazılmalıdır: 

“Şəhidlərimizin adlarını yaddan çıxarmamalıyıq, hər zaman xatırlamalı, xatırlatmalıyıq. Bunun da ən gözəl yolu məktəblərdə, bağçalarda - gələcəyimizin yetişdiyi yerlərdə şəhidlərin adalarını yaşatmaqdır. Bundan başqa onlar haqda kitablar yazılmalı, seriallar, filmlər çəkilməlidir ki, gənc nəsil onları görüb böyüsün. Onların adına turnirlər, yarışlar keçirilməlidir. Bunlar edilməlidir ki, şəhidlər unudulmasın. Şəhidlər unudulmur   deyirik, amma unudan unudur, bunu sözdə deyirik.

Artıq iki il keçib və görürük ki, artıq əvvəlki tədbirlər, anım günləri keçirilmir.  Bu gün yenə də dövlət onların yanındadır.  Hanısa şəhidin ili olanda Şəhidlər Xiyabanına getsəniz görəcəksiniz ki, məzar başında həmin rayonun icra hakimiyyətinin işçiləri ilə anası oradadır, amma kənardan gələn adam yoxdur. Yenə də şəhid ailələrinin yanında dövlət və dövlət qurumunun adamlarıdır”.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın