Şairə Yeganə Bağırova: Xoşuma gələn duyğulu kişi olsa onunla sevişmək istəyərəm - ŞOK MÜSAHİBƏ

17, 06, 22
12:00

Şairə Yeganə Bağırova: Xoşuma gələn duyğulu kişi olsa onunla sevişmək istəyərəm - ŞOK MÜSAHİBƏ


Baharla bərabər dünyaya gələn bahar təravətli Yeganə xanım-xoş gördük sizi.Mən sizə belə müraciət edim Gözəllik və sevgi mücəssəməsi Necəsiz?

Çoox sağ olun,minnətdaram gözəl sözləriniz üçün."Sən səndə var olanın ən yaxşısısan"prinsipinə əsaslanaraq çox yaxşıyam və sizə iltifatınızdan dolayı çox minnətdaram.

Maşallah göz dəyməsin son vaxtlar gözəlliyiniz göz qamaşdırır. Etdiyiniz fotosesiyalar gündəm olub desəm yanılmaram.

Hə, konfet kimi qızam maşallah. (gülür) Mən sevəndə çox gözəl oluram. Sevginin varlığı mənim üzümə gözümə səpilir. Sevgi məni xoşbəxt etməyə kifayət edir. İkincisi isə Mənim öz güvənim var. Özgüvən çox böyük bir şeydir. Özgüvən insanı risqli addımlara belə vadar edir. Məncə hər bir insan öz üzərində mütləq və mütləq çalışmalıdır,qətiyyətli olmalıdır. Yeniliklərlə məşğul olmalıdır. Dünya yerində dayanmayıb fırlanırsa biz niyə yerimizdə dayanaq? Biz niyə irəli getməyək? Kiçik və ya böyük problemlər hər kəsdə var. Nə həyat durub dayanır ki görsün sənə nəsə olub, nə də başqa insanlar.

Əldə etdiyimiz məlumata əsasən Qardaş ölkə Türkiyədə istirahətdə idiniz,yeni qayıtmısız.Necə keçdi istirahətiniz?

Bildiyiniz kimi dünyanı öz cənginə alan covid 19 virusuna görə, iki ildən çox idiki ölkədən çıxmırdım. Və nəhayət istirahət yolumda olan maneə aradan qalxdı və mən yeni axına düşərək 2 həftəlik istirahətə çıxa bildim. Düzdür ölkəmizin də yetərincə gözəl guşələri var dincəlmək üçün amma daima yeniliklərin axtarışında olduğuma görə müxtəlif ölkələrə səyahətləri sevirəm. Mülayim iqlim, quşlarla bol olan meşələr, yaşıl çəmənlər, dağlar, çaylar, açıq aydın səma, maraqlı tarixi abidələr məni daima özünə cəlb edir.Misilsiz gözəlliklərin aşiqi olaraq, boşa gedən günlərə, xərclənən ömrə heyif olmasın deyə həyatımda yeniliklərə doğru, addımlamağım, gözəllikləri görməyim şərtdir mənim üçün. Şükür Allaha o,mənim ürəyimə elə bir sevgi salıb ki, mən nifrətsizəm, mən sevgi doluyam. Hər bir insanı insan olaraq, hər bir canlını və cansızı təbiətin bir parçası olduğu üçün sevirəm.


Söhbət sevgiyə gəldisə, Qadın-kişi sevgisinə toxunmaq istərdim. Az öncə qeyd etdiz ki, mən nifrətsizəm. Nə vaxtsa Sevib ayrıldığınız insana qarşı, kin-nifrət hissi qalıbmı qəlbinizdə?

Ayrılıqlar hər zaman mənim üçün ağrılı olur amma mən sevdiyim kimi, silməyi də bacarıram. Və sildikdən sonra içimdə həmin insana qarşı zərrə qədər belə heç bir hiss qalmır. Nə sevgi, nə də nifrət. Çünkü mən bir insanı sevəndə heç vaxt sevməmiş kimi həqiqi-gözəl sevirəm. O, insanı siləndə isə yenə də heç vaxt sevməmiş kimi həqiqi gözəl silirəm. Mən dərin fikirli, yaradıcı bir insan olduğum üçün hər insanada asanlıqla Aşıq olub onu sevmirəm. Asanlıqla kimisə həyatıma salmıram. Anlayacağınız qədəri ilə, mənim aşiq olmağım da gözəldir, mənim sevməyim də gözəldir, mənim silməyim də asandır. Mənim üçün duyğusu keçən kişi heç kim olur

Söhbətimizdən belə nəticəyə gəlmək olar ki, çox rahat insansız,digər tərəfdən də düşünürəm ki, çətin insansız. Bunu necə anlayaq bəs? 

Bildiyiniz kimi mən çox fərqli düşüncəyə və xarakterə malik bir insanam. Hərəkətlərim,davranışlarım, düşüncələrim qarşımdakı insana görə dəyişsədə insanlarla problem yaşamağı heç sevmirəm. Sülhün tərəfdarıyam. Düz vurğulayırsınız asan insan olduğum qədər də çətin insanam.

Çünkü mən tələbkaram. Tanıdığım və tanımadığım hər kəsdən hörmət gözləyirəm. Mənə hörmət etməyən,dəyər verməyən hər kəs qapımdan çöldədir.Mənim həyat eşqim, yaşam sevgim var. Bu sevgiyə nifrət qata bilmirəm mən. Hər şey məndə "Net" dir. Nə qarşımdakı insanlara, nə də özümə travma yaşatmıram heç vaxt. Etdiyim yaxşılıqlıqlara əvəz nə qədər nankorluqlar görsəm də heç kimdən və heç nədən təmənna güdmədiyim üçün düz bildiyim şeylərdəndə əl çəkmirəm. 


Hər zaman qeyri adiliyi ilə seçilən Yeganə Bağırovanın sevdiyi insan da fərqli qeyri adi olmalıdır?

(gülür) Fərqliliklərin yeniliklərin mənim həyatımda olması mütləqdir. Mənim də kritegiyalarımın olduğunu nəzərə alsaq o, insan sehirli olmalıdır-fərqli olmalıdır, səmimi-məsuliyyətli olmalıdır. Mənim gözlərimdəki işığı daha gur yandırmalıdır. Məni ürəkdən güldürməlidir, dodağıma uşaq təbəssümü qondurmalıdır. Çünkü mən seçdiyim insanın yanında hüzur tapmaq istəyirəm, yorulmaq yox.Mən sevgi insanı olduğum üçün bunlar mənim üçün əsas prinsiplərdir. Sadaladıqlarımı Aşiq olduğum insanda görməsəm həmin insanın marağı tez itir mənim üçün.

Həyatınızdan indiyə qədər gəlib keçən insanları tanımağınıza peşiman deyilsizki?

Xeyir peşiman deyiləm. Əksinə Şadam. Hər bir insan mənim üçün bir məktəb olub. Onların hər birindən mən nəsə öyrənmişəm. Çünkü mən nə qədər ağıllı və mükəmməl olsam da,qarşımdakı insandan nəsə öyrənmək ehtimalım həmişə var olub.

Cəsarətli fikirlərinizlə gündəmdən düşməyən şəxslərdənsiz.Çox maraqlıdır sizə ən çox hansı təbəqənin insanları cəsarət edib, sevgi etirafı edir?

(Gülür) Mənim cazibədarlığım başıma bəladırda.Məni görən, tanıyan heç kim yan keçmək istəmir məndən. Hər kəs öz aləmində məni əldə edəcəyini düşünür və əlindən gələni edir ki, bəlkə ox hədəfə dəydi. Amma alınmır. Çünkü məni seçənlər önəmli deyil mənim üçün,mənim seçdiyim şəxs önəmlidir.  

Təbii ki, gözəlliyiniz, bədən qurluşunuz, cazibəniz hər kəsin diqqətini çəkir. Bu danılmaz faktdır. Amma dəqiq bir təbəqə demədiz.

Öz sevgisini, istəyini mənə bildirən hər təbəqədən çoxlu insanlar var. İstər gündəlik həyatımda qarşılaşdığlarım, istər məni qiyabi tanıyanlar, istərsədə sosial şəbəkələrdə olan pərəstişkarlarım. Amma mən onların mənə qarşı olan sevgilərini sevgi adlandırmıram. Onlar sadəcə məni görüb həyəcanlananlardır. Çünkü Qadın gözəldir, Qadın baxımlıdır və Qadın xoş auralıdır. Bunun qarşılığında da onların ürəy döyüntüləri artır və onlar bunu sevgi adlandırırlar. Hər birimizə məlumdur ki, Qadınlar kişilərin yüksəldilmiş obyektidir. Kişilər Qadına baxmağı xoşlayır. Bu səbəbdən onları da başa düşürəm. Bəlkə mən də özümü onların yerinə qoysam eyni hissləri yaşayaram. Xoşuma gələn duyğulu kişi olsa onunla sevişmək istəyərəm, onun yanımda olmasını istəyərəm.Amma bu əsil sevgi demək deyil. İnsan hisslərini cilovlamağı bacarmalıdır.

Bəs əsil sevgi necə olur Bağırovaya görə?

Bu sualınıza bir çox prizmalardan yanaşmağ olar amma umumilikdə götürsək Sevgi insanın sahib olduğu ən gözəl nemətdir bu dünyada. Çünkü bütün xoşbəxtliklərin açarı sevgidə gizlənib. Sevgi insanın hər hüceyrəsində varlığını davam etdirir. Sevgi sevə bilən üçün hər şeydir. Sevgi hər şeyin başlanğıcıdır. Sevgi dəyişməyən yeganə hissdir. Sevgi Yeganə dindir. Sevgi Tanrıdır. Sevginin necəliyini anlayan hər kəs bütün dünyanın sirlərini utopiyasını anlaya bilər.


Güman edirəm suallarım yorucu olmadı sizin üçün.Səmimi söhbətiniz üçün təşəkkür edirəm. Növbəti müsahibələrdə görüşənədək.

Mövzu sevgidən getdiyi üçün yorulmadım, əksinə dincəldim. Vaxtın necə tez keçdiyinin fərqinə belə varmadım.Sonda isə bir sevgi şerimi səsləndirmək istəyirəm izləyicilər üçün.

Baxıb gözlərinə, sevmək öyrənin,
Mehriban danışıb, gülmək öyrənin.
Ağlasa, göz yaşın silmək öyrənin,
Dərdini qəmini duyun, kişilər.

Dərin, xoş nübarı sevgi bağından,
Su için, bu eşqin saf bulağından.
Öpün, dodağından, al yanağından,
Qadın gözəlliyin öyün, kişilər.

Həyat yollarında əlindən tutun,
Darıxsa tez qucun, belindən tutun.
Öpüş vəd edəndə dilindən tutun,
Sevginiz yaransa, deyin kişilər.

Ətirli çiçək tək yoxlayın onu,
Sevən qəlbinizə bağlayın onu.
Gözünüz üstündə saxlayın onu,
Az onun xətrinə dəyin, kişilər.

Həyatda sevgisiz yaşamaq çətin,
Sevgisiz bir insan yetimdir, yetim.
Sevgi yollarında dayanın mətin,
Qadına baş əyin, əyin, kişilər!

Toxunun çiçəyə toxunan kimi,
Qoxlayın çiçəyi qoxlayan kimi,
Qaçmayın kipriyi oxlayan kimi,
Sevin qadınları, sevin kişilər!

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın