Fəzail Ağamalı: 570-Dən Çox Aztəminatlı Ailəyə Yardımlar Etdik - Müsahibə

10, 02, 21
19:00

Fəzail Ağamalı: 570-Dən Çox Aztəminatlı Ailəyə Yardımlar Etdik - Müsahibə


2020-ci ilin fevral ayının 9-da Milli Məclisə keçirilən növbədən kənar seçkilərdə 125 seçki dairəsində deputat mandatı uğrunda mübarizə aparıb. Fevralın 10-da Mərkəzi Seçki Komissiyası (MSK) altıncı çağırış Milli Məclisə seçkilərdə 125 dairə üzrə qalib olan namizədlərin siyahısını açıqlayıb.

Onlardan biri də 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilən Fəzail Ağamalıdır.

Azerbaycanrealligi.com Fəzail Ağamalı ilə müsahibəni təqdim edir.

Fəzail müəllim Milli Məclisin bir illik fəaliyyətini necə dəyərləndirirsiz?

“Artıq 2020-ci ilin fevralında keçirilən Milli Məclisə seçkilərdən bir il ötür. Bu bir il zaman kəsiyin də Milli Məclis üzərinə düşən vəzifənin öhtəsindən uğurla gəldi. Konstitusiyanın Milli məclisə verdiyi səlahiyyətlər çərçivəsində öz işini yüksək səviyyədə qura bildi. Seçkilərdən dərhal sonra bütün dünyanı bürüyən pandemiya Azərbaycandan da yan keçmədi. Ölkənin və dövlətimizin bütün diqqəti, pandemiyanın ağır nəticələrinin ölkəmizdə özünün çox büruzə verməməsi üçün ölkəmizdə səfərbəliyə aldı. Biz deputatlar da xalqımızla bərabər olduq seçicilərimizin yanında yer aldıq. Xüsusi olaraq qeyd etmək istəyərdim ki, imkanlarımız daxilində yaranmış olan çətin durumun ortaya qoymuş olduğu, tələblərə uyğun olaraq, az təminatlı seçicilərimizin yanında yer aldıq. Onların ehtiyaclarını qarşılamq üçün imakanlarımız daxilində onlara yardımlar etdik. Eyni zamanda mətbuat vasitəsi ilə kütləvi infromasiyaları vasitəsi ilə onlara çağırışlar etdik.

Bununla yanaşı Milli Məclis özünün 19 iclasını keçirtdi və 80-dən yuxarı qanun və qərarlar qəbul etdi. Milli Məclis canlı bir orqanizm kimi öz fəaliyyətini şəraitə uyğun olaraq yüksək səviyyədə qurmağı bacardı. Komitə iclaslarımız hamısı mütəmadi olaraq onlayn keçirildi. Həm komitələr səviyyəsində həm də cənab Prezidentdən gələn qanun layihələrinin müzakirəsi səviyyəsində öz işlərimizi qura bildik. Mən deyərdim ki, məhsuldar bir il oldu.”

Fəzail Ağamalı bəs öz fəaliyyətinizi necə xarakterizə edirsiniz? Söz verdiyiniz kimi seçicilərinizin yanında olmağı bacardızmı?


“Fevralın 9-dan 60 saylı Salyan və Nefçala seçki dairəsindən seçicilərin mütləq əksəriyyətinin səsini topladıqdan sonra təbii ki, hər an olduğu kimi bir daha seçicilərimin mənim qarşımda qaldırdığı məsələlərin deputat olaraq, reallaşması üçün xüsusi gündəlik tərtib etdim. Onun yerinə yetirilməsi üçün çalışdım. Lakin təəssüf edirəm ki, pandemiya həmin planların yerinə yetirilməsi üçün maneələr törədir. Seçicilərimlə pandemiya dövründə seçicilərimizlə əlaqədə olduq. Buna baxamayaq 570-dən çox təkcə mən deyərdim ki, Salyan Nefçala seçki dairəsindən yox, ümumiyyətlə Respublikada az təminatlı ailələrə yardım etdik. Maarifləndirmə işində fəal iştirak etdik. Seçicilərimlə Koronavirus haqqında söhbətlər etdik, sosial məsafə, izolyasiya qaydaları haqqında danışdıq. Onlara apteklərdən tibbi maskalar alaraq pulsuz payladıq. İnsanların daha çox toplandığı yerlərdə. Bir ara Nefçala rayonunda su problemi oldu. Həmin su problemi mənim də seçildiyim kəndləri bu və ya digər şəkildə əhatə edirdi. Təkcə seçildiyim kəndlərə deyil digər kəndlərə də yardım etməyə çalışdıq”.

Sizin seçki dairəsindən müharibədə iştirak edənlər haqqında məlumatınız varmı?

“44 günlük Vətən müharibəsi dövründə seçildiyim ərazidən müharibəyə səfərbərliyə alınan yollanan və igidlik göstərən əsgərlərimizin ailələrinin yanında olduq. Onların ehtiyaclarının ödənilməsi üçün əlimizdən gələni əsirgəmədik. Telefon əlaqəsi qurduq. Laçında Şuşada xidmət etdikləri zaman onlarn bizə müraciətlərini çox diqqətlə dinlədik. Qələbədən sonra qazilərimiz və şəhid ailələrimzilə görüşdük. Dövlətimizin onlara etmiş olduqları yardımları müşahidə etdik. Biz də öz imkanlarımız daxilində şəhid ailələrinin məmnuniyyətlə yanında olduq. Bu gündə onların yanındayıq.

Millət vəkili olaraq, həm özüm həm də köməkçilərim şəhid ailələrimizin və müharibədə iştirak edən igidlərimizin yanındayıq. Onlarla bərabər olmağıda özümüzə şərəf duyuruq.”

Təşəkkür edirik.

Hazırladı: Turanə Tağızadə

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın