Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi… (FOTOLAR)

05, 04, 20
17:38

Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi… (FOTOLAR)


“Koronavirusun Rusiyaya gələcəyinin deyəndə heç kim mənə inanmadı, hətta bir dost yazdı ki, başın xarab olub deyəsən...?”


Koronavirus pandemiyasını önləmək üçün əsas şərt insanların bir-birindən məsafə saxlaması və izolyasiyasıdır. Bir çox varlılar indi dünyanın müxtəlif adalarında izolyasiya mərhələsini yaşamaqdadır. Dünyanın zəngin insanları xəstəliyə yoluxmamaq üçün şəxsi təyyarələr icarəyə götürür, uzaq adalara yola düşür, tənha villalara çəkilir, xüsusi olaraq hazırlanmış bunkerlərdə bu fəlakətdən özlərini qorumağa çalışırlar. Onlardan bir çoxu hər ehtimala qarşı özləri ilə şəxsi həkimlərini, hətta tibb bacılarını da aparırlar.

Proqramçı və hüquqşünas olan Yura niyə işdən çıxmaq barədə ərizə yazıb və bu həyatı seçib? 

Moskvada evini satdı və…

Rusiyalı jurnalist vaxtilə Moskvada evi, yaxşı işi, məvacibi və yapon maşını (“Toyota”) olan Yura haqda yazıb. Artıq 6 ildir indiki dillə desək, karantin şəraitində yaşayan Yura Moskvadan 120 kilometr aralıda yerləşən Yaroslavl vilayətinin meşə sahəsində məskunlaşıb. Onun qazmasında yaşamaq üçün hər şeyi var. Bir neçə il əvvəl o, çadırda yaşayırdı, indi isə “yeraltı villasında”... Zənn etməyin ki, bütün dünyada yayılmış koronavirus bəlasından xəbərdar deyil. Xəbərdardır-bu səbəbdən də ona qonaq gəlmiş qəzet müxbirinin tibbi maskasından və əlindəki əlcəyindən çəkinmir. Əksinə, nəzakətlə deyir ki, karantin olduğu üçün onu qazmasına dəvət edə bilməyəcək.
rus 3.JPG (140 KB)
Yura altı il əvvəl meqapolisin səs-küyündən, hündürmərtəbəli binalardakı ofislərdən işləməkdən bezib. İki ixtisası var: proqramçı və hüquqşünas. 2012-ci ildə hər şeydən bezib, yaxşı məvacibindən vaz keçib, işdən çıxmaq barədə ərizə yazıb. Özünü izolyasiya etmək və məskunlaşmaq üçün yer axtarıb. İndi məskunlaşdığı yerdə 6 ay çadırda yaşayıb, sonra isə bu qazmanı düzəldib. Deyir ki, heç bir əmlakı yoxdur. "Bütün əmlakım bir avtomobildir", yol kənarında dayanan köhnə “Toyota”sını göstətrir.

“Virus 10 il əvvəl Moskvaya gəlsəydi…”

“Koronavirus on il əvvəl Moskvaya gəlsəydi, yəqin ki, mən də karantin tədbirindən xoşbəxt olub meşələrdə gəzib kabab bişirərdim. Çin virus səbəbindən sərhədlərini bağlamağa başlayandan dərhal sonra nə baş verdiyini anladım.
Dərhal internetdəki izləyicilərimə dedim ki, tezliklə eyni şey Rusiyada da olacaq. Bu iki ay əvvəl idi. Demək olar ki, heç kim mənə inanmadı. Hətta bir dost yazdı ki, başın xarab olub deyəsən...? Çoxu yalnız gözləri ilə görə bildiklərini qəbul edirlər. Virusu görmürlər və necə təhlükəli olduğunu başa düşmürlər. Koronavirusun inkubasiya dövrü iki həftədir. Yəni mövcud xəstələnmə vəziyyəti haqqında danışarkən, əslində iki həftə əvvəl baş vermiş bir vəziyyətdən bəhs edirik. Və belə çıxır ki, hamımız özünü təcridetmə rejiminə keçdikdən yalnız bir-iki həftə sonra sabitləşmə olacaq. Və yalnız bundan sonra virus azalacaq. Putin istinasız hamı üçün ciddi karantin tətbiq etməlidir”. Onun özü də vaxtilə ağır xəstələnib burada. Bir aya yaxın qızdırması olub. Amma sağalıb. Dərman çantasının olmadığını deyir, amma buna inanmaq əlbəttə ki, çətindir. Yura deyir ki, internetdə gördüyü boş bir supermarket rəfləri, insanların hətta bir neçə aya yetəcək ərzaq almasına çox təəccüblənib. “Mən şəxsən köhnə “Toyota”mı işə salıb bir neçə kilometr aralıdakı marketə gedəndə gördüm: ailələr hətta üç ərzaq dolu araba sürükləyirdilər”.
44.JPG (63 KB)
Özünün altı aylıq ərzaq ehtiyatı var

Yeri gəlmişkən, meşə adamı özü nə yeyir, bir ay ərzindəki “istehlak səbəti” nə qədərdir?

"Səbətim yoxdur" deyə, Yuri olduqca ciddi cavab verir. “Mənim qazmamda bir yemək qutusu var. Orada ən azı altı ay yemək ehtiyatım var. İndi məsələn, bu gün desələr ki, sabah bütün mağazalar bağlanacaq və məhsullardan nəyə ehtiyacım olduğunu soruşacaqsınız? Yəqin ki, yalnız bir şüşə günəbaxan yağı və bir neçə kilo şəkər istəyərəm. Nə qədər xərcim çıxır, deyə hesablama aparmıram. Bütün bunlar əsas deyil. Məsələn, bu səhər sıyıq yemişəm. Noxud və ya düyü bişirə bilərəm. Soya sousu var. Bu sous üçün yerkökü və ya soğan varsa, qızartma edə bilərəm”.
2 rys.JPG (77 KB)
Spirtli içki içmir, amma viskiləri...

Yuranın yaxşı içki ehtiyatı da var, ona çox adam bu yoldan keçəndə viski və digər içkilər hədiyyə edir. Amma özü içmir deyə, bunlarla nə edəcəyinin bilmir. “Bir neçə ay əvvəl bir qəribə adam içəri girdi, beş litr ağır plastik tibbi spirt gətirdi. Mən onunla nə edim? Jurnalistlər gəlmişdi bir neçə ay əvvəl, onlardan xahiş etdim aparsınlar, amma onlar da aparmadılar...” deyə, Yura gülüşlə xatırlayır.

Həyatındakı qadın, həm də çox varlı...

“Məndən ikinci yarımın harada olduğunu soruşduqda, cavab verirəm: əgər mən özüm sağlamamsa, ikinci yarı mənə niyə lazımdır” deyə Yura fəlsəfi cavab verir. Hətta maraqlı bir əhvalat da danışır. “Qonşu kənddən bir nəfər arvadı ilə dalaşmışdı. Mənim yanıma gəldi və sığınacaq istədi. Mən ona “get, meşədən odun qır gətir” deyəndə arvadının yanına qayıdıb onunla barışası oldu”.
Jurnalist yazır ki, çoxdan danışırlar onu tez-tez Moskvadan bir varlı xanım ziyarətə gəldiyini danışırlar. Onların sevgili olduğu deyilir. Yuraya baxanda buna inanmaq çətindir, amma...

Qazmada işıq, kitabxana və daha nələr...

“Çindən mükəmməl su pompası sifarişlə gətirtdim. Rusiyada birinin qiyməti 200 dollardır, mənə isə 30 dollara başa gəldi. Amma oğurlandı. Yəqin ki, ovçu götürüb. Elektriklə bağlı problemim yoxdur, generator bu işi görür. İnternet də 4G işlədirəm.
2.JPG (160 KB)
Sərbəstliyin olmamasına o qədər öyrəşirsən ki, fərqli yaşamağın necə olduğunu başa düşmürsən. Hərdən bir konsert üçün şəhərə getməyik istəyirəm. Ancaq kostyum geyinmək, bilet almaq, sonra geri qayıtmaq lazımdır ... İndi barmaqlarımı kompyuterdə bir düyməyə sıxıb teatrda oluram. Beləliklə, niyə vaxt itirim ki ?

İzolyasiya vaxtında hamının bir-birinə kitab oxumağı məsləhət görür. Yurinin qazmasında minlərlə ən müxtəlif sahələrə aid kitabları var.

Azerbaycanrealligi.com





Bizimlə əlaqə saxlayın