Professor Şahin Fazil: “fəxri adlar ləvğ olunmalıdır, alimlər arasında ayrı-seçkilik yaradır”

11, 02, 19
12:23

Professor Şahin Fazil: “fəxri adlar ləvğ olunmalıdır, alimlər arasında ayrı-seçkilik yaradır”


Azerbaycanrealligi.com saytı “7-lik” layihəsi çərçivəsində tanınmış şair, şərqşünas alim Şahin Fazil ilə Elşad Baratın müsahibəsini təqdim edir. 

Şahin müəllim, siz 1996-cı ildə doktorluğu müdafiyə etmisiz və 2004-cü ildə professor adı almısız. Sizin apponentlik etdiyiniz şəxslər hal-hazırda akademiklərdir, lakin siz hələ də professorsuz. Bu haqda nə deyə bilərsiz? 

Akademik olmaq mənim üçün o dərəcədə mühüm deyil. Alim üçün ən vacibi elmlər doktoru və professor olmaqdır. Kim ki, akademik adın alıb ada laiqdır. Onların savadına və biliklərinə qətiyyən sübhə etmirəm. Müxtəlif elmlər üzrə akademik adları alanları tanıyıram və hesab edirəm ki, onların şansı gətirib. Mənim bir halda ki, 5 elmi monoqrafiyam, 300-dən yuxarı elmi məqaləm, dərs vesaitlərim, proqramlarım və kitablarım var. Düşünürəm ki, mənim şansım mənə uğur gətirmir. Ümüd edirəm ki, növbəti seçimdə keçəcəm. Mən seçki sistemini tənqid etmirəm. Mənim sadəcə olaraq şansım gətirmir. 
 
Akademiyanın prezidenti akademik Akif Əlizadə seçildikdən sonra fəxri adlar daha çox insanlara verilir. Sanki elmi adlar paylanılır. Bunun səbəbi nədə ola bilər? 

​​​​Bütün dünyada belə qayda-qanun yoxdur. Yalnız bir neçə ölkə var ki, bu cür seçki komissiyası keçirilir və müxbir üzv, akademik olurlar. Başqa xarici ölkələrdə elə şey yoxdur. Maaş insanları məcbur edir ki, müxbir üzv, akademik olsunlar. Yani ki, maaş o halda daha artıq olur. Maaş artımı burda stimul verici haldır. Təbii ki, mən də istəyərəm maaşım çox olsun. Mən düşünürəm ki, bu müxbir üzvlüyə, akademikliyə seçkilər ləğv olunsun. Amerikada xalq artisti var? İranda, Türkiyədə deyəndə xalq artisti, gülürlər. Bu sosializmdən qalan vərdişlərdi. Sosializm sistemindən çıxmış bir neçə ölkə var ki, o cümlədən biz, hansılarda ki, attestasiya komissiyası, dissertasiya təstiqi var. Məsələn, bizə yaxın olan Türkiyədə yoxdur. Russiyada isə var və biz rus qayda-qanunu ilə gedirik. Türkiyədə müdafiyələrdə olmuşam və əgər müdafiyə şurası təstiq edirsə, onda həmən iş təsdiq olunur və bununla bitir. Fəxri adların hamısı götürülməlidir. Bu ayrı-seçkiliyə görə alimlərin arasında narazılıq olur. Bizim elə xalq artisləri var ki, xalqın artisti olmağa heç layiq deyil, ama bu adı daşıyırlar. Bu da nisbi anlayışdır. Kimin imkanı var, birdə gördün oldu xalq artisti. Elə qocaman artislərimiz var, adları da yoxdur, amma daha yaxşı oxuyurlar. Alimlər də həmçinin.

Şahin müəllim, bu binanın birinci mərtəbəsində yeməkxana var. Adama elə gəlir ki, bu yeməkxanada Azərbaycan elminin ehsanı verlir?


Mən belə deməzdim, bu yeməkxanada mən də yemək yeyənlərdənəm. Başqa yerlərə nisbətən orada qiymətlər daha münasibdir. Hətta akademiyanın başqa binalarından gəlib burda yemək yeyirlər. Ehsan sözünün mənasında akademiyaya baxsan, elə çıxır ki, ölümcül vəziyyətdədir. Bunu deyə bilmərəm, çünki çox savadlı kadırlar var. Sanmıram ki, akademiyanın mövcudluğu zəruri deyil və yaxud zəruridir. Hamıya məlumdur ki, bizim institutlarda çalışanların maaşları azdır. Düzdür, az faizlərlə arada artma olur. Azərbaycan çox zəngin və varlı ölkədir. Alimlərə qayğı dahada çox ola bilər. 

Dəfələrlə elmi konfranslarda, tədbirlərdə iştirak etmişəm. Görmüşəm ki, Azərbaycanın elə akademiki, alimi var ki, danışıq qabiliyyəti çox bədbəxt haldadır, elmi müzakirələr edə bilmir. Lütfizadə 10 yaşında olarkən Amerikaya getdi və nəzəriyəsi ilə dünyaya səs saldı. Son 30 ildə Azərbaycan elmi nə dərəcədə inkişaf edib? Yalnız sənəd üzərindəmi kəşvlər olur? 

Mənə elə gəlmir. Mən də xaricdə elmi konfraslarda çox oluram. Humanitar sahədə işləyəm alimlərimiz çox gözəl çəkildə nümaiş elətdirirlər. Türkiyədə mən iştirak etdiyim elmi görüşlərdə ve konfranslarda alimlərimizi qiymətləndirdim. Lütfizadəni misal çəkdiniz, onun kimi alimlər çoxdur? Və ya Nizamilər, Firdovsilər? Onlar yazdılar, yatardılar və öz imzanı tarixdə qoydular. Onlar həqiqətən böyük alimlər idilər. Elə insanlar hər əsirdə 5 – 6 nəfər olur. Alimlərin arasında alimlər də var. Alimlər ordusunda bəyəm hamısı yüksək səviyədə alimdir? Məsələn, mən səni və sənin kim cavan şairlərin yazdiqlarını oxuyub bəyənirəm. Şablon şəkildə gedib qoşma yazmağ çətin deyil, amma əsl şeir yaratmaq çətindir. 

Çox istedadlı şəxslər tanıyıram ki, qəzəl anlayışından çıxa bilmirlər. Qəzəlxan adından qürurlanırlar. Siz isə qəzəldən birdən–birə sərbəstə keçdiz. Bu hasarı dağıtdız.

Mən eyni zamanda qəzəl də yazıram. Qəzəl yazanda gərək qəzəldə ictimayi məsələlərə də toxunasan, öz fikrini də çatdırasan. Bu günkü dil Füzulinin zamanında olan dil deyil, bu günkü dil dövlət dilidir. Dil dövlətin atributu sayılır. Dili saxlamaq, uğrunda çalışmalıyıq. Mən qəzəli Füzuli dilində yox, Azərbaycan dilinda yazmağa başlamışam. Hal-hazırda sədri olduğum ədəbi məclisin 139 yaşı var. Məndən əvvəl də bir neçə sədr olub. 21 ildir ki, bu məclisin sədriyəm. Qəzəl köhnə stildə yox, yeni stildə yazılmalıdır, çünki dünya da dəyişilib. Qəzəldə müasirliyə və dilin təmizliyinə riayət etmek lazımdır. Qəzəli yamsılamaq düzgün yol deyil.

Azərbaycanlı alim deyərkən ağlıma ilk akademik İsa Həbibbəyli gəlir. Sizin ağlınıza alim deyərkən kim gəlir? 

İsa Həbibbəylini mən çoxdandır tanıyıram. Onunla eyni gündə doktorluğu müdafiə etmişik. Həm poetik, həm elmi ruhlu adamdır. Humanitar sahədə bu insanın dəyəri və əziyyəti çoxdur. Tarix sahəsində də işləyənlər çoxdur və aralarında şairlər də var. 100 gözəl şairdən 5-10 nəfər daha gözəl şairdir. Tarix sahəsi isə həmişə yeniləşir. Yəni fikirlər ortaya çıxır. Alim deyərkən birinci növbədə bizim institutun direktoru Yaqub Maxmudov ağlıma gəlir. Bu insanin 100-ə qədər böyük – kiçik kitabı var. Ümumiyətlə, bizim institutun 6 direktorunun hamısın görmüşəm və onların içində zəyifin görməmişəm. 

Bildiyimə görə həyat yoldaşınız vəfat edib və hal-hazırda siz təksiz. Bu təklik bir şairi, ədəbiyyatçını incitmirmi? Yoxsa yaradıcılıqda təklik yaxşıdır? 

18 ildir ki, mən təkəm, hətta tənhayam demək olar. Yoldaşım ərəb dili mütüxəssisi, müəllim idi. Mən onu həyatdan getmiş kimi təsəvvür etmirəm. Onun vefatından sonra mən “40 namə” adlı kitab yazdım. 40 günlük keçirdiyim iztirab idi. Onun ilində də “İlnamə” adlı kitab yazdım. Bu münasibətlə ona aid olan şeirlər də yazmışam. İndi hal-hazırda tənhayam. Tənhalığın bir neçə müsbət və mənfi tərərfi də var. Mənfi odur ki, təksən və darıxırsan. 

İşdən sonra evdə yazıçı fəaliyyətimə heç kim mane olmur. Televizora da çox baxa bilmirəm, gözlərim yol vermir. Məsələn, mən indi səninlə danışıram və çalışıram səndən nəsə götürüm. Başqa adamlardan, şairlərdən nəsə öyrənirəm. Tənha olanda çalışıram nəsə yazım. Hal-hazırda 37 kitabım çıxıb, şeir kitablarım da çoxdur. 5 divan yazmışam. İndi də 6-cı divanı başlamışam, lakin yazıb qurtarmağa yaşım yol vermir. Mənə qədər 100 il idi ki, divan yazan yox idi. Mənim divanlarım 1000-1500 vərəqlikdir. Şərq divan üslubuna yaxın divan yazıram. Mənim bütün əlyazmalarım Quba Tarix muzeyindədir. Bununla onu demək istiyirəm ki, gördüyünüz kimi, tənhalığımın həm müsbət, həm mənfi tərəfləri var. Mən artıq ona alışmışam. Əvvəl daha çox kədərli idim. İki qızım var, ikisi də ali təhsillidir. Biri riyaziyyat üzrə fəlsəfə doktorudu. Yoldaşım da ziyalı adam idi. Hamısının yeri var ürəyimdə. Mənim şeir yazmağıma heç mane omurlar, daha çox məni ruhlandırırlar.

7.5 Növbəti dəfə elm üzrə bu layhədə kimin iştirak etməsini istiyərdiz? Kimin ilə müsahibəmiz sizə daha maraqlı olar? 

Elm üzrə istiyərdim Yaqub Mahmudovdan müsahibə alasız. Bu insanın elmi fəaliyyəti çox genişdir. 

Elşad Barat 

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın