Xalq şairi Sabir Rüstəmxanlı: "indi o səhnəni xəyalımda canlandırıb utanıram"

07, 02, 19
21:41

Xalq şairi Sabir Rüstəmxanlı: "indi o səhnəni xəyalımda canlandırıb utanıram"


Azerbaycanrealligi.com Elşad Baratın “7-lik” layihəsi çərçivəsində xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəsini təqdim edir. 

Sabir müəllim, uşaqlıqda cırıq ayaqqabı və ya yamaqlı şalvar geyinmisiz? 

​​​​İlk dəfə məni yaylağa, Səbrigül nənəmin yanına göndərdiklərini xatırlayıram. 3-4 yaşım olardı. Bu mənim yaylalarla, dağ yolları və obalarla bağlı ilk xatirəmdir. O il obamız Haçayurddaydı, ordan Baldırganlı dərə deyılin bır yeryə kimi enən yamac əsl alp çəmənliyi ilə örtülüydü; çəmənlik də şürüşgən olur. Obanın yanında kürəyin üstündə oturub, bir də yamacın ayağında bənd alırdıq. O qədər şürüşmüşdüm ki, şalvarım cırılmışdı. Nənəm şalvarıma çox səliqəli bır yamaq vurmuşdu. Ondan sonra yamaqlı şalvarım olmayıb. Evdə böyük nəvə olduğuma görə mənə xüsusi qaygı ilə yanaşırdılar. Göndən və ya rezindən yoxunub düzəldilən çarıq o illərdə kənd uşaqlarının əsas ayaqqabısı idi. Cırılanda atırdıq. Qışda, qarlı havada rezin çarıq həm də xizəyi əvəz edirdi. Sonra rezin qaloş dövrü başlandı. Hətta Bakıda, 26-lar mədəniyyət sarayının səhnəsində, məktəblilərin bədii olimpiadasında da səhnəyə rezin qoloşla çıxmışdım. Onda 6-cı sinifdə oxuyurdum və öz yazdığım şeiri oxumuşdum, həm də çox cəsarətlə. Yəqin o səhnəyə məndən başqa heç kim qaloşla çıxmayıb...İndi o səhnənə xəyalımda canlandırıb utanıram.

Bir il sonra, yayda, Şamaxıda, Cəngi meşəsində məktəblərin toplantışının sonunda Karpatda keçirilən Ümumittifaq turist toplanışına 30 məktəbli seçilmişdi, respublika üzrə, o uşaqlardan biri idim. Normal ayaqqabım olmadığı üçün gedə bilməmişdim. Geyim-kecim məsələsi, uşaqlıqda, bizim əsas dərdimiz idi.

-Sabir müəllim, siz Yardımlı rayonunun, ucqar kəndində doğulub, çətin şəraitdə yaşamısınız. Çarıq geyən uşaq necə oldu ki, oxumaq qərarına gəldi? 

​​​​Beşinci sinifdən başlayaraq mənim oxumağa həvəsim gücləndi.. Bu, mənim müəllimlərimin təsiri idi. Bunu bir povestimdə qeyd etmişəm. Ədəbiyyat müəllimimiz mənə fərqli mövzularda yazılar yazdırırdı. Sən demə hamısını saxlayıbmış. Ölümündən bir az əvvəl onların hamısını mənə verdi. Onları ilk publisistik yazılarım saya bilərəm və maraqlıdır ki o şagird yazılarında bircə dənə də olsa səhv buraxılmayıb.

Sonra riyaziyyatci olmaq həvəsinə düşdüm, ancaq bir təsadüf üzündən filologiya fakültəsinə daxil oldum.. Əslində, tələbəliyim də əziyyətli olub. Çünki normal tələbə həyatı yaşamamışam, əvvəldən axıra işləmişəm, fəhləlik etmişəm. Balacalıqdan bütün kənd uşaqları kimi əlimiz işə öyrəşib. Kənd həyatına aid bütün işləri görmüşük. Hətta yadımdadır, dağda, meşə içində, əkdiyimiz kartofa qarovulçuluq da eləmişəm. Atam məni orda tək buraxıb kəndə qayıdırdı. Sabaha qədər çəpərin o üzündə fırlanıb kartofluğa yol axtaran donuzların səsini eşidirdim. Bakıda universitetə girəndən uşaq kitabxanasında işlədim. Evdən çıxarkən demişdim ki, mən öz başımı saxlayacam, pul göndərməyin. Kitabxanadan sonra “Azərkitab”ın kitab bazasında fəhlə, yük daşıyan kimi çalışırdım. Bəxt elə gətirdi ki, sonralar həmin sahədə nazir oldum. Nərimanov rayonunda, müxtəlif dükanlarda, bazalarda gecə qarovulçusu da olmuşam. Universitin 4-cü kursunda Ədəbiyyat qazetinə isə düzəldim. Mən ömrü boyu çalışmışam. Bir fəhlə, bir kəndli həyatı yaşamışam. Təbiyətdən, torpaqda işləməkdən zövq alıram. Yazı masasından yorulanda orda dinclik tapıram.


-Eşitmişəm ki, tələbə həyatının çətin anlarında özünüzə söz vermisiz ki, Bakı şəhərində 100 evim olacaq. Hədəfinizə çatdınızmı? 

​​​​Heç vaxt 100 evin arzusunda olmamışam. Ədəbiyyat qazetində işləyəndə Xırdalanda qeydiyata düşmüşdüm. Bunu Fərman Kərimzadənin köməyi ilə etmiştim. Məni “Abşeron” qəzetində işləyən tanışının yanına aparıb ondan qeydiyat üçün ev tapmağımıza köməklik göstərməsini xahiş etdi. Qeydiyata düşmədən ev növbəsinə dayana bilməzdim. Yanına getdiyimiz jurnalist məni öz ikiotaqlı evinə qeydiyata saldırdı. O jurnalist soradan Milli Təhlükəsizlik nazirimiz olmuş Namiq Abbasov. Bu baxımdan ona həmişə minnətdaram. Mənzil alana qədər onun evində qeydiyyatda oldum Demək olar ki, Bakının hər tərəfində kirayədə qalmışam. Hə, kirayədə qaldığım evləri saysan bəlkə də yüz olar! Əskərlikdən qayıdandan sonra, Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Heydar Əliyeva teleqram vurdum. Yazmışdım ki, şairəm, jurnalistəm, Ədəbiyyat qazetində çalışıram. Azərbaycan, vətən haqqında şeir, məqalə yazıram. Ama bu vətənin milyonlarla işiqlarının içində mənim öz işığım yoxdur. Bu halda necə və nə yaza bilərik? Az sonra məni İmran Qasımovun yanına çağırdılar. Heydar Əliyevin tapşırığı ilə mənə ev verildi,8-ci kilometrdə… Bu mənim ilk evim idi. İkinci evi mənə nazir işlədiyim zaman, hökümət evinin arxasında veriblər. Bu evi vermişəm uşaqlarıma. İndi Nərimanov rayonunda yaşayıram. Ev tarixçəm bundan ibatətdir.


Kiməsə ev hədiyyə etmisiz? 

Elə bir imkanım olmayıb. Amma çox adama kömək etmişəm.
Bələdiyələrdən xahiş edib yazıçı dostlarıma torpaq sahəsinin almaqda kömək etmişəm.. Özlərinə ev tikiblər. Əsas köməyim qaçqınlara dəyib. Milli Məcisdə bir müddət Reysət Heyətinin üzvü və Qaçqınlarla İşi üzrə Komissiya sədri olmuşam. Onda çox çətin zamanlar idi və bu ağır sahəni də mənə tapşırmışdılar. Ermənistandan Bakıya gələnlərin evlərini dəyişməsinə, burda ermənilərdən aldıqları evləri sənədləşdirmələrinə maneçilik yaradırdılar. Bu sahədə hüquqi bazanın hazırlanması üçün çox çalışdıq. Onlarla ailəyə ev almaqda və evini dəyişməkdə köməklik göstərdim.

-Bu gün dövlət layhəsi çərçivəsində binalar tikilir və paylanılır jurnalistərə. Ordan 10 evi olan da özünə ev alır. Murad Köhnəqala kimi evsiz jurnalistlər də qalıb kənarda. Buna neçə yanaşırsız? 

​​​​Bu haqda yazmışam. Murad çox gözəl qələm sahibidir, özü də, yoldaşı da. İllər uzunu bu insan Azərbaycan ədəbiyyatına xidmət göstərir.Bu yaşda evsiz qalması hamını narahat etməlidir.

-Tam səmimi cavab verin, xahiş edirəm, neçə eviniz var? 

​​​​- Bu sualı təkrar eləməyin sənin söhbətimizə səmimi yanaşmadığını göstərir. Çünki mən artıq bu suala cavab verdim. Mənim Azərbaycanda yüzlərlə evim ola bilər. Ama bunu məcazi mənada deyirəm. Çünki bütün dostlarımın, qohumlarımın qapısını həm də öz evim kimi döyə bilərəm. Bir nəfər Bakıdakı evimin şəkilin çəkib Milli Məclisdə göstərib demişdi ki, baxın, müxalifətçidir amma mülkü var. Onda demişdim ki, ay bədbəxt, mənim evimin sayı-hesabı yoxdur; mənim hər rayonda evim var. Azərbaycanın hansı yerində hansı qapını döysəm, məni dogma adamları kimi qarşılayarlar. Mən bunu qazanmışam. Sonra bilirsən nə olmuşdu? O adam evlərini satmaq istəyən bir ailə ilə sövdələşəndə onu tanıyıb qapıdan qovmuşdular ki, biz Sabir Rüstəmxanlının evinin şəklini çəkən, ona dil uzadan bir namərdə ev satmarıq..


-Bütün tərəfləriniz müxalifətçidir yoxsa iqtidar yönümlüyünuz var? 

​​​​- Milli birlik və həmrəylik mənim idealımdır. 30-cu illərdə Məmməd Əmin Rəsulzadə bir fikrə gəlmişdi ki, gələcək üçün ən uğurlu yol milli həmrəylik yolu, milli birlikdir. Bizim partiya qurulanda mən bu fikirə əsaslanmışdım. Mənim təssəvürümə görə dövürdən asılı olmayaraq dövlətimizin əbədi və uzun ömürlü olmasını istəyiriksə, onda milli birlik yolunu tutmalıyıq. Azərbaycanda yaşayan bütün vətandaşlara o mənada bir gözlə baxmaq lazımdır. Bu son dərəcədə vacibdir. Mən iqtidarla müxalifəti eyniləştirmirəm. Lakin dialoq zəruridir. Bəzi məsələlərdə bərabər addım atmaqları son dərəcədə vacibdir. Həm iqtidarda, həm müxalifətdə kifayat qədər yetkin və təcrübəli kadırlar var. Bunların açıq dialoqu çox yaxşı nəticə verə bilər.

Siz növbəti dəfə bu layhədə kimin iştirak etməyin istiyərdiz və niyə? 

Çətin sualdır, çünki dostlarının arasında ayrı-seçkilik etmək istəməzdim. İstiyərdim mətbuata az çıxan insanlardan mətbuatda az görünən ziyalıları danışdırasan. Məsələn, bizim görkəmli alimimiz Rafiq Əliyevi. Elm sahəsində bizim çox nadir və gözəl şəxsiyyətlərimiz var. Onları yada salmaq lazımdır 

Elşad Barat

Azerbaycanrealligi.com

​​​​

Bizimlə əlaqə saxlayın