Aslan Həmidli: Problem insanların düşüncəsindədir

13, 06, 18
23:25

Aslan Həmidli: Problem insanların düşüncəsindədir

"Gənc baxış" layihəmizin növbəti qonağı,  Gələcək Azərbaycan Partiyasının sədrinin  səlahiyyətli nümayəndəsi,  Aslan Həmidlidir.

Aslan bəy, xoş gördük!
-Xoş gördük

Bizim lahiyəmiz "Gənc baxış" adlanır. Lahiyə çərçivəsində gənc  siyasətçilərdən,  ictimai -siyasi fəallardan müsahibə götürüb,  oxucularımıza təqdim edirik.  İlk olaraq,  oxucularımıza özünüz haqqında qısa məlumat verərdiz.

Mən Aslan Həmidli. 28 May 1997 ci ildə anadan olmuşam.  Özüm Turizm və Menecment universitetinin (Regionşünaslıq üzrə) 3 cü kurs tələbəsiyəm.

Hazırda gənclərin siyasətə marağı ürəkaçan deyil.  Siz, necə oldu siyasətə gəldiz?

Bəli. Hal-hazırda cəmiyyətimizdə gənclərin siyasətə marağı çox aşağı səviyyədədir. Bilirsiz bunun əsas səbəblərindən biri gənclərin öz gələcəklərinə laqeyd yanaşmasıdır. Mənim özüm 2010-dən siyasəti izləyirəm. 2013də isə Əsgər ölümlərinə son aksiyasından sonra məndə bu prosesdə iştirak etməliyəm deyib, prosesə qoşuldum.Baş verən haqsızlıqlar, insan hüquqların pozuntusu və bir çox ölkədə baş verən hadisələr məni bu siyasətdə iştirak etməyimi vacib bildirdi. Digər gənclərdən fərqli olaraq mən gələcəyimi dəyişmək qərarına gəldim. Bilirsiz bir insankı gələcəyinə sahib çıxmaq istəmir, baş verən bu qədər haqsızlığa boyun əyir, o insanlarına qəti şəkildə qınayıram. Bir müddət Axcp-nin üzvü olmuşam sonrada Gələcək Azərbaycan Partiyasına keçmişəm. Hal- hazırda Gələcək Azərbaycan partiyasında partiya sədrinin Səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıram.

 Qeyd elədiz ki, bir müddət AXCP üzvü olmusuz. Sizi AXCP -də ayırıb,  GAP -a gətirən səbəblər nə idi?

Axcpdən istefa verməyə əsas səbəblərimdən orada müəyyən şəxsin Tanrı səviyyəsinə yüksəldilməsi, ona olunan ittihamda kimlərinsə səni agent kimi göstərməsi idi. Məndə anladım ki orada boşuna zaman keçirirəm. Gələcək Azərbaycan Partiyasının bir neçə üzvü ilə tanış idim. Partiya sədri Ağasif bəyin həmçinin burada bəzi insanların necə bir yaxşı insan olduğunu görmüşdüm ona görə də buraya keçməyim mənim üçün xeyrili olacağını düşündüm və Gələcək Azərbaycan Partiyasınına keçdim. Bir insan rahat mühitdə yaxşı çalışa bilir.

GAP sədri Ağasif bəy,  gəncliyinizə,  təcrübənizin az olmasına baxmayaraq,  sizə yüksək etimad göstərib,  özünün səlahiyyətli nümayəndəsi təyin etdi. Partiyanın gənc funksioneri kimi, gənclərin partiyaya cəlb etmək üçün hansı planlarınız var?

Mən inanıram ki işin üstəsindən məharətlə gələcəm. Hədəf olaraq partiyanı gəncləşdirməyi görürük. Gənclərin yaxşı mənada düşüncələrini dəyişib onları siyasi proseslərə qoşmaq planlarımızdan biridir. Digər dövlətlərdə gördüyümüz kimi əsas rolu gənclər oynayır. Gənclərin prosesə qoşulması Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Mən inanıram ki, Azərbaycan yenidən demokratik dövlət kimi dünyaya səs salacaq və gənclər bu prosesin  lokomotivi  olacaqdır.

Gənclərin siyasətə qoşulmamasının səbəbi,  düşüncə ilə bərabər həm də inamsızlıqdır. Bunu necə aradan götürəsiz?

Bilirsiz əsas problem olan inamsızlıq deyil. Çünki bizim cəmiyyət digərlərindən fərqlənir. Belə ki, inam məsələsi bizim cəmiyyətdə mühüm problemlərdən biri deyil. Problem olaraq mən insanların düşüncələrin görürəm. Zatən düşüncə tərzi dəyişmiş insan olanları görməkdə çətinlik çəkməyəcək. Bizlərə koru-koruna inanan insanlardansa, özünün  fikri olan, öz həyatını, öz gələcəyini fikirləşən insanlar lazımdır yəni düşünən insanlar.

Aslan bəy,  son olaraq gənclərə nə demək istəyərdiz?

Heçnədən çəkinməyərək, qorxmayaraq Gələcəyinizə sahib çıxın...

Aslan bəy,  dəvətimizi qəbul edib, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

Mən təşəkkür edirəm. Xoş idi.

Rüfət Əliyev

Bizimlə əlaqə saxlayın