Xüsusi.Tv xəbər portalı fəaliyyətə başlayıb

11, 04, 23
10:00

Xüsusi.Tv xəbər portalı fəaliyyətə başlayıb


"Azərbaycan Reallığı" xəbər verir ki, kollektivi tamamən gənc bloogerlərdən ibarət fəaliyyət göstərir. 

"Xüsusi.Tv"nin Baş redaktoru "Asim Abdullayev" Azərbaycanda və dünyada baş verən mühüm və maraqlı hadisələr barədə gündəlik, operativ informasiyalar, məqalələr yayımlamağı nəzərdə tutur. Xüsusi.Tv həftənin bütün günləri fəaliyyət göstərir və daim xəbərlərlə yenilənir.  

Portal - siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, şou-biznes, idman, fövqəladə və kriminal hadisələr barədə, həmçinin cəmiyyət həyatının digər sahələrinə dair informasiyalarla yanaşı, maraqlı fotosessiyalar, video materiallar da təqdim etməyi də öz üzərinə götürüb. 

Xüsusi.Tv-nin informasiya siyasəti  bütövlükdə cəmiyyətin maraq dairəsini əhatə etməkdən ibarətdir. Bu resurs hər bir vətəndaşın oxuyacağı, maraqlanacağı, istədiyi məlumatları ala biləcəyi və etibar edəcəyi əsas informasiya mənbəyinə çevrilməyi hədəf seçib.

Portalın informasiya vasitəsi kimi üstünlüyü onun bütün xəbər resurslarını əhatə etməsidir. Belə ki, "Xüsusi.Tv"də yerli və dünya agentliklərinin, qəzet və jurnalların, xəbər saytlarının məlumatlarından istifadə olunur. Portal həmçinin özünün informasiya məhsullarını - xəbər və məqalələri, araşdırmaları, müxtəlif mövzulara dair müəllif yazılarını, foto-reportajları, video-xəbərləri istifadəçilərin diqqətinə çatdırır. 

@xususi.tv Xəbər Portalını izlədiyiniz üçün təşəkkür edirik.  

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın