​Etibar Hüseynov Mirşahinə səsləndi: “Tapdalayaram, milçək kimi” - FOTO

22, 07, 18
13:24

​Etibar Hüseynov Mirşahinə səsləndi: “Tapdalayaram, milçək kimi” - FOTO


"Real Tv”nin sədri Mirşahin Ağayevlə sabiq millət vəkili Eibar Hüseynov arasında söz-söhbətlər səngimək bilmir.
Muxalifet.az sfera.az xəbər verir ki, bu dəfə sabiq milət vəkili Mirşahin Ağayevin ünvanına sərt sözlər deyib. 
 E.Hüseynovun şəxsi "Facebook" profilində paylaşdığı statusu olduğu kimi təqdim edirik:
 "Mirşahin inboxuma təhqir və söyüşlə zəngin mesaj yazdı. Sonra da tələsik blok eləyib cavab haqqımı tanımadı. Ona görə də məcburam ki, sabah Facebook vasitəsiylə ona təhqir və söyüşsüz cavab yazam. İnboksuma yazdığına görə mesajını etika xatirinə tam açıqlamıram. Amma əsas detalları barədə fikirlərimi bildirəcəm. Sadəcə mesajı bu cümləylə bitirdi ki: "səni bioqrafiyamdan (!!??- E. H) sildim, indən belə yoluma çıxma – düşmənik!!!"
Cənab Ağayev, mən səni artıq 4 il əvvəl bioqrafiyamdan silib, özümə düşmən elan eləmişəm. Odur ki, çalış özün yolunu azıb qarşıma çıxmayasan. Çünki tapdalayaram. Milçək kimi”.
 

Bizimlə əlaqə saxlayın