Redaktor Şamaxı Rayonunun inkişafından yazdı

17, 09, 19
11:12

Redaktor Şamaxı Rayonunun inkişafından yazdı


Azərbaycan reallığı informasiya agentliyinin redaktoru Rəşad Borcəliyev  pilot lahiyyə inkişafının işıqlandirılması məqsədilə Şamaxı rayonunda olub. Şamaxı Rayonu icra Başçısı Tahir Məmmədov cənablarının tapşırığı ilə köməkçi  Təbriz Qəniyev redaktoru qəbul edib və dinləyib. Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyinat alan  Tahir Məmmədov vəzifəsinin icrasına başladığı ilk gündən yeni islahatlara  start verilib .

Təhsil şöbəsi və Sosial Müdafiəsi Fonduna da baş çəkən redaktor burada da islahatların müsbətə doğru tam sürətlə davam etdirildiyinin şahidi olub. Azərbaycanda təhsilin inkişafını daim nəzarətdə saxlayan Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə "Heydər Əliyev Fondu"nun ayırdığı vəsait hesabına  ucqar dağ kəndlərində bir neçə məktəb tikilərək  istifadəyə verilib, bir məktəb isə ` tamamlanmaq üzrədi,2019-2020-ci tədris ilinin ortalarında qapısını  şagird və müəllim heyətinin  üzünə açacaq. Təhsil şöbəsi və Sosial Müdafiə Fondunun təşəbbüsü ilə  aztəminatlı ailələrə məktəbli geyim və ləvazimatları verilib. 

Rayonda pilot lahiyyə çərçivəsində gənclərin maarifləndirilməsi, sakinlərin rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə seminarların və tədbirlərin təşkili mütəmadi hal alıb. Hərbi komandanlığa Baş çəkən redaktor gənclərin vətənpərvərlik ruhunun və əzminin artırılması üçün Rayon üzrə Hərbi komisarligda daim şəxsi söhbətlər təbliğatlar aparildiginin şahidi olub.

 Şamaxı rayon icra başçısı Tahir Məmmədov prezident İlham Əliyev tərəfindən verilən bütün tapşırıqları uğurla yerinə yetirərək rayon əhalisinin  ata kimi qeydinə qalır. Bu məqsədlə Tahir Məmmədov  ucqar kəndlərdə görüşlər təşkil edir,o mütəmadi olaraq sakinlərlə görüşür, onların şikayətlərini şəxsən özü dinləyir, icra hakimiyyətinin səlahiyyəti dairəsində yardım əlini əsirgəmir.    Cənab başçı bildirib ki,   icra hakimiyyəti binasının qapıları   rayon sakinlərinin üzünə açıqdır. Rayon əhalisi də Tahir Məmmədovun çalışqan və sadə insan olduğunu, vətəndaşlar arasında qısa bir zamanda nüfuz qazanıb Mediyaya açıq olduqları  hər bir qurumda xoş qarşilandigimiz üçün başçı Tahir Məmmədov cənablarına  və köməkçi Təbriz Qəniyevə Azərbaycan reallığı adından təşəkkür edirik.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın