Bastainfo.com saytı sırf Müsavat partiyasına media dəstəyi verdiyi üçün bloklanıb

11, 08, 18
19:32

Bastainfo.com saytı sırf Müsavat partiyasına media dəstəyi verdiyi üçün bloklanıb

Könül Alı 
Azerbaycanrealligi.com xəbər verir ki Bastainfo.com saytı sırf Müsavat partiyasına media dəstəyi verdiyi üçün bloklanıb.Bu barədə öz Feysbuk səhifəsində status yazan Müsavat partiyasının fəalı Bastainfo saytının yazarı tanınmış jurnalist Könül Alı bildirir. jurnalist öz fcebook profilində bunlri yazıb 

Hökümət "Basta" nı bloklamaqla təkcə Müsavatı media blokadasına salmadığını da yaxşı bilir. Çünki "Basta" da təkcə partiyanın bəyanatları, təbliğat xarakterli məlumatlar deyil, həmçinin digər müstəqil saytlarda dərc olunan materiallar istinadla, bölgələrdə məmur özbaşınalıqları, sosial problemlər də işıq üzü görürdü.
Buradan Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna "Basta" barədə ədalətli qərar verilməsini tələb edirik.

İttiham Aktında adı gedən yazılar istinaddır, məsuliyyəti "Basta" nın üzərində deyil.


Azerbaycanrealligi.com







Bizimlə əlaqə saxlayın