Rayonlardan gələnlərin əlindən Bakıda nəfəs ala bilmirik - Aktrisa Sonaxanım Əliyeva - VİDEO

23, 03, 23
12:00

Rayonlardan gələnlərin əlindən Bakıda nəfəs ala bilmirik - Aktrisa Sonaxanım Əliyeva - VİDEO


Aktrisa Sonaxanım Əliyeva qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

"Azərbaycan Reallığı" xəbər verir ki, aktrisa “Space” TV-də yayımlanan “Gəl danış” verilişində qonaq olarkən müzakirələrə səbəb olan açıqlamalar verib.

S.Əliyeva rayondan Bakıya axın edən gəncləri tənqid edərək onların əlindən artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb: 

“Bölgələrdə yaşayan cavanlar, istər qız olsun, istərsə də oğlan, elə bilirlər ki, sanki Bakıya bal yaxıblar. Burada özümüzün nəfəs almağa havamız qalmayıb. Rayondan gələn cavanlar paytaxtda həddən artıq çoxdur. İşləməkdən çox avaraçılıq edirlər”, - deyə Sonaxanım açıqlamasında bildirib.

Aktrisanın bu fikirləri birmənalı qarşılanmayaraq studiyada əyləşən ekspertləri qəzəbləndirib. Onlar S.Əliyevanın ifadələrində yanlışlığa yol verdiyini bildirərək fikirlərini hamıya şamil etməsinə qarşı çıxıblar.

Ətraflı süjetdə:


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın