“Röyanı çatmaqaş Talıbovun villa söhbəti ilə palçıq eləyib divara vurdular” - Açıqlama

30, 12, 22
14:00

“Röyanı çatmaqaş Talıbovun villa söhbəti ilə palçıq eləyib divara vurdular” - Açıqlama


“Röyanı əvvəla Xalq artisti adı ilə, sonra da o çatmaqaş Talıbovun villa söhbəti ilə palçıq eləyib divara vurdular. Necə sevirdim onu:
həm səsini, həm səmimiyyətini, həm azadlığını... Bir əfsanə idi Röya”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu sosial şəbəkədə yazıçı Şərif Ağayar yazıb.

Müğənni Röyanın Vasif Talıbovun general oğlu Rza Talıbovla sevgili olma məsələsinə toxunan yazıçı fikirlərini belə davam etdirib:

“Ancaq “cunqlilər ölkəsi"ndə əfsanə yetişmir. Başlayır başlamağına, uzağı üçüncü-dördüncü abzasda anektoda çevrilir.

Ömrümün 40-dan sonrakı mərhələsi güvəndiyim, inandığım, sevdiyim adamların zibilə çevrilməsi ilə müşayiət olundu. 

Və sizə deyim, mən hələ bu yaşda da bu gözlənilən gerçəkliyi travma ilə yaşayıram. 

Mənəviyyat abidəsi kimi gördüyüm qələm dostlarımın mənəviyyat fahişəsinə çevrilməsinin üstünə Röyanın dərdi də gəldi... 

Mən o gözəl səsi, o gözəl ifaları yaddaşımın hansı küncünə qoyum ki, od olub yandırmasın məni? 

Doğrudanmı, Azərbaycanda bir sənət adamı kimi qorunmaq heç cür mümkün deyil? 

Əlvida, Röyacan!

Səni həmişə Folknerin qəhrəmanlarına bənzəyən o gözəl, səmimi qıvırcıq kimi xatırlayacam.

Bir gün anlasan ki, o mulat qızcığaz indiki Röyadan nə qədər möhtəşəm idi, sarsılarsan. Ona görə, anlama heç vaxt. Manıs gəldin, mansı da get. Çünki bu xarabanın yeganə xoşbəxt zümrəsi mansılardır”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın