Yazıçı Anarın NƏHƏNG BİZNESİ - Sensasion FAKT

Mədəniyyət / Manşet
 1-11-2022, 10:00     3 719


Son günlər ciddi polemika predmetinə çevrilən Azərbaycan Yazıçılar Birliyi ilə bağlı gəlişmələrə daha bir əlavə olunub. Bu dəfə də söhbət maliyyə məsələsindən gedir. Daha dəqiqi, şübhəli maliyyə işlərindən...

"Azərbaycan Reallığı" bildirir ki, bu barədə paylaşım edən tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli AYB sədri Anarın nəzarətində saxladığı gəlir yerlərindən bir barədə məlumatları diqqətə çatdırıb.

C.Həsənli yazır: "Bakı Kitab Mərkəzi... Anarın xahişi və Heydər Əliyev Fondunun dəstəyi ilə açılıb. Amma hüquqi şəxs kimi AYB sədrinin qızının adına rəsmiləşdirilib.

AYB sədrinin qızı tərəfindən idarə olunur. Və sırf kommersiya maraqlarına xidmət edir..." 






AZƏRBAYCANREALLIĞI.COM