Bərdə mədəniyyətinin GÜNLƏRİ QABAQDADIR - İLGİNC İDDİALAR

09, 06, 22
10:30

Bərdə mədəniyyətinin GÜNLƏRİ QABAQDADIR - İLGİNC İDDİALAR


Bir neçə gün əvvəl Şəmkirdə səs-küylü həbslərin həyata keçirildiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, Regional Mədəniyyət İdarələri ilə bağlı hüquqi araşdırmalar davam etdiyindən digər idarə rəhbərləri də əl-ayağa düşüblər. Bu barədə danışan mənbənin iddialarına görə, onların sırasında Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova da var. Qeyd edək ki, Vəsilə xanım iki aydan bir az artıqdır ki, sözügedən vəzifəyə təyin olunub. Amma buna rəğmən gəldiyi gündən BÖYÜK İŞLƏRƏ imza ata bildiyindən ciddi əndişə keçirir.

Bu barədə danışan məlumatlı mənbə xatırladır ki, Şəmkirdə qollarına qandal vurulan Azər Rəcəbov da yeni kadr idi, əmrinin möhüründən altıca ay vaxt keçmişdi.

Daxil olan son informasiyalardan belə aydın olur ki, bundan öncə Ağdam rayon icra hakimiyyətində, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində və Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə çalışmış Vəsilə Möhsümova əslində ilk günlərdən özünə bir "imperiya" qurmaq həvəsinə düşüb. Bu barədə danışan mənbənin söylədikləri:

"Sanki hansısa qalanı almış fatehlər kimi Mədəniyyət Nazirliyinin Bərdə regional idarəsinə təyin olunduqdan sonra sözügedən quruma aid əraziləri bir-bir gəzən, hər bir ərazidəki tabeçiliyində olan qurumları bir-bir analiz edən, onların rəhbərləri ilə bir-bir danışıq aparmağa vaxt tapan Vəsilə xanımın bu operativliyi əslində heç də işgüzarlıqla əlaqədar deyil və burada yetərincə şübhələnməli məqamlar var".

Onu da qeyd edək ki, Bərdə regional idarəsi Bərdə, Tərtər, Yevlax, Mingəçevir bölgələrini əhatə edir. Mənbə olduqca ilginc ittihamları səsləndirib. Bu barədə dəqiqləşdirmə apardığımızdan, növbəti materialda əsas faktları açıqlayacağıq. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq (DİA.AZ)


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın