Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR

30, 11, 21
10:18

Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR


"Azərbaycan Reallığı" xəbər verir ki, kitabda bəhs edilən mövzu budur ki, bir səhv kifayətdir, insanın bütün həyatı dağılsın. Bu kitabda taleyinin həlledici dönəmində yanlış qərar verən Aliyənin yaşadığı çətinliklərdən söz açılır. Detektiv süjet fonunda oxucu yaşadığımız dövrdə hamımızın bu və ya digər şəkildə qarşılaşdığımız sosial problemlərə şahidlik edir. Aliyə çox bədbəxtdir – sevgilisi ilə ayrılıb, ərə getdiyi adamla onu heç nə  bağlamır, uşağı qaçırılıb, üstəlik, naməlum adamdan təhdid dolu məktub alıb... 

Aliyə səhvini düzəldə biləcəkmi? Son ana qədər oxucunu həyəcanlandıra bilən bu sualın cavabını əsəri sonadək oxuyandan sonra biləcəksiniz.

Kitabı əldə etmək istəyənlər Kitabevim.az və yaxud da (012) 498 79 89 (055) 877 24 44 əlaqə nömrələri ilə əlaqə saxlamağla əldə edə bilərlər.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın