Fəxriyyə Xələfova akademik Rəfiqə Əliyeva haqda yazdı: "İnsan xatırlanırsa, deməli, yaşayır"

06, 05, 21
20:00

Fəxriyyə Xələfova akademik Rəfiqə Əliyeva haqda yazdı: "İnsan xatırlanırsa, deməli, yaşayır"


Bu gün məşhur alim, akademik Rəfiqə xanım Əliyevanın anım günüdür. 

Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq.   

Azərbaycanreallığı.com xəbər verir ki, bu sözləri Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dossenti Fəxriyyə Xələfova bu gün məşhur alim, akademik Rəfiqə xanım Əliyevanın anım günü ilə bağlı sosial şəbəkədə paylaşım zamanı bildirib. O qeyd edib ki, Rəfiqə Əliyevanın xatirəsinin əbədiləşməsi  onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır.- deyə Fəxriyyə Xələfova paylaşımında qeyd edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın