“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal


8 Mart Beynəlxalq Qadınlar Gününə az vaxt qalıb. Qadınların əksəriyyəti bayramda müxtəlif hədiyyələr almaq istədiklərini bildirsələr də, bəzi xanım sənətçilərimiz müxtəlif məkanlarda çıxış edərək qonorar alacaqlar.

Azerbaycanrealligi.com xəbər verir ki, Yenisabah.az müğənnilər arasında sorğu keçirərək bayram günü hansısa məkanda iştirak edib-etməyəcəyi ilə maraqlanıb.

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bayramı evdə keçirəcəklərini deyiblər. Bacılar hansısa məkandan təklif almadığını bildirib:

“Biz həmin günü evdə olacağıq. Məsləhət olarsa, bəlkə çıxış edərik, amma hələ ki, təklif yoxdur. Dəvət alsaq da baxır məkana, kimin dəvət etdiyinə, ondan sonra uyğun olsa, qəbul edirik. 8 Mart gözəl gündür, hər bayram gözəldir, amma Qadınlar gününün yeri tam başqadır. Analarımızın günüdür. Bütün Azərbaycan qadınlarını qarşıdan gələn bayram münasibətilə təbrik edirəm”.

Müğənni Xuraman Şuşalı bəzi məkanlardan təklif alsa da, qəbul etmədiyini deyib:

“Dəvət gəldi, amma getmədim. Çünki heç o ab-havada deyiləm. Düzünü desəm, 8 Martı o qədər də önəmsəmirəm, hay-küy sevmirəm. “Bu bayram olmazsa, olmaz” deyənlərdən deyiləm. Amma bu bayramı da ailəmlə birgə keçirəcəm, onsuz da karantin boyu vaxtımızı ailəmizlə keçirmişik. İnanın, bu gedişat adamı heç bayrama yaxud başqa nəyəsə həvəsləndirmir. Artıq heç nə adamı həvəsləndirmir. Hər günümüzə şükür olsun, amma nəbilim, heç  bayram ab-havam yoxdur”.

Müğənni Afət Fərmanqızı bu mövzuda açıqlama vermək istəmədyini deyib:

“Gələn təklifləri qəbul etmək problemdir ki? Bəzi müğənnilər deyir ki, şəhidlərimiz var, filan iştirak etməyəcəm. Onlara demək istəyirəm ki, şəhid 30 ildir var, Allah hamısına rəhmət eləsin. 30 ildir şəhid var, bəs niyə oxuyurlar? O sözü deyən müğənnilər deməsin, yalandan danışırlar, özləri gedib bağlarda, restoranlarda oxuyurlar, elə bilirlər xəbərimiz yoxdur. İndi özüm haqda desəm ki, bəli dəvət almışam, gedib oxuyacağam, deyəcəklər ki, Afət şəhidlərə hörmətsizlik elədi. Ona qalsa dövlət televiziyasından tutmuş, özəl kanallara qədər hamısı konsert proqramları ilə çıxış edirlər. Əgər bu matəmdirsə, hamı əməl eləsin. Baxın, mən özüm hazırda çəkilişə gedirəm”.

Azerbaycanrealligi.com 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0558288841 (Whatsapp)  
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

  • 06 apr, 14:00
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi
Onları koronavirusa görə itirdik... - Siyahı

Onları koronavirusa görə itirdik... - Siyahı

  • 30 mar, 18:00
Onları koronavirusa görə itirdik... - Siyahı
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

  • 07 mar, 18:00
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

  • 06 mar, 20:00
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar