Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

Mədəniyyət / Manşet
 16-02-2021, 23:00     622


Xalq artisti Flora Kərimova mərhum həmkarı İlhamə Quliyeva barəsində danışıb.

Azerbaycanrealligi.com xəbər verir ki, "ATV maqazin onlarla" proqramının qonağı olan F.Kərimova illərlə küsülü olduğu İlhamə Quliyevanın daim onun şəxsi həyatı barədə danışdığını deyib:

“80 yaşım var, mənim ailəmdən nə istəyirsiz? Səsimi, yoxsa qismətimi? Deyirlər, 7 əri var. Tanrı yazıb, mən yaşamışam. Bunu üzümə şillə kimi vurdu. Dünyasını da dəyişib. Özünə bir ər də qismət olmadı. Ər məşuq deyil. Durub mənə deyirsən ki, 7 dəfə ərə gedib. Mən ana, evimin xanımı, qulluqçusu olmuşam. Sənin payına nə düşdü? Uşağın məktəbə gedəndə nigaran qaldınmı, ac qalar? Yaşamadın, Allah ona o xoşbəxtliyi rəva bilmədi. Ər çörəyi yemişəm. 15, 50 ərim olsa da... Allah mənim çörəyimi kəsərsə, millətimin çörəyini yeyərəm, küçə sərgüzəştlərinin yox".

Həmin görüntüləri təqdim edirik:


Azerbaycanrealligi.com