Hacı Mazan adlı iş adamı vətəndaşı vəhşicəsinə döydürdü FOTO+VİDEOLAR

03, 08, 18
18:34

Hacı Mazan adlı iş adamı vətəndaşı vəhşicəsinə döydürdü FOTO+VİDEOLAR

Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun bir qrup şəxslə birlikdə vətəndaşı döyərək ağır xəsarətlər yetirdiyi deyilir. 

Bu barədə Azerbaycanrealligi.com xəbər portalına xəsarət almış Faiq Seyfullayev özü danışıb. 

Onun sözlərinə görə, bir neçə il bundan əvvəl o, Binəqədi rayon ərazisindəki Hacı Mazan adlı iş adamı qardaşı oğluna aid göydələnlərin birindən mənzil alıb: "İndi isə gəlib deyirlər ki, müqaviləni yeniləyirik, qol çək. Müqaviləyə qol çəkməyə etiraz etdim, səbəb isə həmin müqavilənin bəzi bəndlərində qanun pozuntuları olması idi. Bu, o deməkdir ki, bu şəxslər istədikləri vaxt məni məhkəməyə verib evi əlimdən ala bilərlər". 

"Məsələni ictimailəşdirmək üçün Xəzər.tv-nin çəkiliş qrupunu çağırdım. Onlar çəkiliş etdilər. Bunu bildikdə Hacı Mazan yanında bir neçə nəfərlə birlikdə mənim qaldığım mənzilə hücum çəkdi. Təhlükəsizliyimi qorumaq üçün polisə zəng etdim. Polis gəlsə də, faydası olmadı. Hacı Mazan yanındakı adamlarla birlikdə məni döyərək müxtəlif bədən xəsarətləri yetirdilər. Mən buradan ölkə başçısına, güc strukturlarından xahiş edirəm ki, bu məsələyə biganə qalmasınlar, mənə yardımçı olsunlar", - Seyfullayev bildirib. 

Məsələyə rəsmi qurumlar münasibət bildirməyiblər

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq
 

video faktlar
 


Şikayətiniz varsa Whatsapp: 055 8288841

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın