Əvəz Zeynallı baş nazirin müavininin nəvəsindən yazdı: "O, zatən cəza çəkmirdi ki".

03, 08, 18
10:43

Əvəz Zeynallı baş nazirin müavininin nəvəsindən yazdı: "O, zatən cəza çəkmirdi ki".

Bir neçə nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası törədərək 6 il azadlıqdan məhrum edilən, amma vaxtından xeyli əvvəl azadlığa çıxan baş nazirin müavini keçmiş Qaçkinkomun sədri Əli Həsənovun nəvəsinin azadlığa çıxmasına tanınmış jurnalist Əvəz Zeynallı münasibət bildirib. Azerbaycanrealligi.com Əvəz bəyin facebook səhifəsində yazdığı həmin statusu olduğu kimi təqdim edir.

Əli Həsənovun nəvəsi azadlığa buraxılıb! Mehman Hüseynova xəstə anası ilə görüşməyə imkan verilmir. İlkin Rüstəmzadə 6 ilə yaxındır həbsxanada çürüyür. Qiyas və Bayram 1 hərfə görə 10 il cəzalandırılıblar. İlqar Məmmədov İsmayıllının halına yandığı üçün 6 ildir xüsusi münasibətlə xüsusi rejimdə saxlanılır. Əli İnsanov 11 ili günəgün oturandan sonra daha 7 il içəridə saxlanıldı - dolayısı yolla ölüm hökmünə qərar verildi. Seymur Həzi elə, Rəşad Ramazanov belə, Fuad Qəhrəmanlı bir cümlə status yazdı, Taleh Bağırzadə milləti imana çağırdı...

Əli Həsənov və Azadlıqa çıxan nəvəsi Nail
Sadaladığım və adını çəkmədiyim 160-dan çox siyasi məhbus var içəridə. "Zon"larda onlarla dustaq var ki, avtomobil qəzasında adam öldürdüyünə görə illərlə içəridə cəza çəkirlər. 2 aylarını belə götürdə bilmirlər bəzən. İndi Əli Həsənovun matah nəvəsi məhkəmədən azadlığa buraxılır. O, zatən cəza çəkmirdi ki. Nail "zon"da da qalmadı. Nail hər zaman xəstəxanada kef çəkdi. Onun ayrıca otağı və imtiyazları vardı...
Qanunlara belə tüpürmək, vətən dustaqları arasında bu cür ayrı-seçkilik yaratmaq, insanların qüruru ilə belə oynamaq, toplum vicdanı ilə bu cür ironiya etmək olmaz. Manyakcasına bu millətin necə əzab çəkdiyini seyr etmək olmaz!
Olmaz! Olmaz!! Olmaz!!!


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın