19 
07
23
21:00
762

Azərbaycanda xanım məmur yarım milyonluq villa aldı - FOTO

19, 07, 23
21:00
762

Azərbaycanda xanım məmur yarım milyonluq villa aldı - FOTO


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə KONKRET.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, Mehriban Vəliyevanın aldığı villa Bakı Dövlət Universitetinin mərhum professorlarından birinə məxsus olub. Alqı-satqı prosesi mərhum professorun ailə üzvləri ilə BŞTİ-nin müdiri arasında baş tutub.

Maraqlıdır ki, zaman-zaman mətbuatda Bakı məktəblərində müxtəlif yığımlarla bağlı məsələ gündəmə gəlib. Bu iddia, yəni Mehriban Vəliyevanın 500 min manata villa alması məsələsi yazılanların həqiqət yükünü artırır. Paytaxt məktəblərinin bir çoxunun təmirə ehtiyacı olduğu bir vaxtda Mehriban Vəliyevanın yarım milyon manata mülk alması təhsilidəki neqativ hallarla bağlı şübhələrə əsas verir.


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın