Moskva İrəvana müharibə elan etdi: Azərbaycan cəbhədə... - Ermənistandan SENSASİYALI İDDİA

02, 08, 18
01:38

Moskva İrəvana müharibə elan etdi: Azərbaycan cəbhədə... - Ermənistandan SENSASİYALI İDDİA

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni hakimiyyətindən narazılığını dilə gətirdi və qeyd etdi ki, “yeni hakimiyyətin siyasi motivlər üzrə öz sələflərini təqib etməsi narahatlıq doğurur”. Bu rəsmi Moskvanın Ermənistanda “məxməri inqilab”dan sonra narazılığını ilk dəfə gündəmə gətirməsidir.

Publika.az
xəbər verir ki, Ermənistan mediası Lavrovun bu açıqlamasını İrəvanın daxili işlərinə kobud sürətdə qarışması olduğunu yazıb.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Rusiyanın Robert Koçaryanın həbsi ilə bağlı diplomatik kanallardan istifadə edərək, müvafiq dildə münasibət bildirəcəyi gözlənilirdi: “Lakin Lavrovun bəyanatı optimist proqnozları alt-üst etdi. Bu, Rusiyanın Ermənistana qarşı demarş götürdüyünün açıq nümunəsidir. Burada 1 mart hadisələrinin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayanması faktının ortaya çıxması faktoru var və ruslar bundan narahat olurlar”.

Artsruni iddia edir ki, Rusiya və Azərbaycan fərqli cəbhələrdən Ermənistanın üzərində yeriyir.

“Lavrovun bəyanatı Moskvanın Paşinyan hökumətinə müharibə elanıdır. Cəbhədə isə Azərbaycanın qoşun birləşmələrini cəmləşdirdiyi haqda məlumatlar var. İki cəbhədən Ermənistanın üzərinə hücum edilir və bu təhlükəli gələcək vəd edir”, – deyə erməni şərhçi iddia edib.

Asif 

Bizimlə əlaqə saxlayın