İlham Əliyev Sinan Oğanla görüşdü – FOTOLAR
Xəbər verdiyimiz kimi, ötən gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Daha sonra Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da tədbirdə iştirak ediblər.
"Azərbaycan Reallığı" xəbər verir ki, keçirilən mərasimlərdə İlham Əliyevlə Türkiyə prezidentliyinə namizədlərdən biri Sinan Oğan arasında qeyri-rəsmi formatda görüş baş tutub.
Həmin görüşdən fotoları təqdim edirik:
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 52,18 faiz səs toplayaraq qalib gəlib.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841