"Qədim Qəbələ" restoranlar şəbəkəsinə qarşı aparılan qarayaxma kampaniyası ifşa edildi - VİDEO

04, 06, 23
22:00

"Qədim Qəbələ" restoranlar şəbəkəsinə qarşı aparılan qarayaxma kampaniyası ifşa edildi - VİDEO


Bir neçə gündür sosial şəbəkələrdə "Qədim Qəbələ" restoranlar şəbəkəsinin Qəbələ şəhərində yerləşən məkanında restoran əməkdaşı hansısa sahibsiz iti güllə ilə müştərinin gözü qarşısında vuraraq sahibsiz heyvanın həyatına sui-qəsd etməsi haqqında kifayət qədər fakta sökənməyən məlumatlar paylaşılmışdır.

Hadisədən dərhal sonra restoran əməkdaşı "Azərbaycan Reallığı"na açıqlama verərək deyilənlərin həqiqətə uyğun olmadığını, şər-böhtan olması haqqda açıqlama vermişdir.

Məsələ ilə bağlı restoran rəhbərliyi dərhal hüquq-mühafizə orqanlarına müraciət edərək sosial şəbəkələrdə onlar haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılması haqqında şikayət etmişdir və Qəbələ şəhər polis şöbəsində məsələ ilə bağlı araşdırma başlamışdır. Məlumatı yayan şəxslər polis şöbəsinə dəvət olunaraq izahatları alınıb. Bir neçə günə isə məsələ ilə bağlı rəsmi açıqlama və qərar olunacağı deyilir. 

"Azərbaycan Reallığı" hadisədən dərhal sonra Qəbələ şəhərində sözü gedən Qədim Qəbələ restoranında olub. Bəzi araşdırmalardan sonra deyilənlər həqiqətən öz əksini tapmayıb, sözü gedən sahibsiz iti və digər sahibsiz bir neçə itləri restoranın ərazisində gördük, itə qarşı hər hansı silah və küt alətdən istifadə olunması tamamilə yalnışdır.

Restoran müştərilərin, xarici qonaqların üzünə hər zaman açıqdır, müştərisi hər zaman bol olan restorana insanlar öz yaxınları ailələri ilə gəlib istədiyi istirahət edə bilir. Restoranın həyətində uşaqlar üçün əyləncə aksesuarları da quraşdırılıb, burada azyaşlı uşaqlar təmənnasız istədiyi kimi əylənə bilir. Yüksək keyfiyyət, yüksək xidməti ilə yadda qalan restoranın müştəriləri hər zaman məmnun qalıblar.  

Görünən odur günü-gündən inkişaf edən rəstorana qarşı kimlərsə qara kampaniya və gözdən salma kampaniyası start verməyə çalışır amma bu cür ürəkbulandırırıcı xəbərlər və məlumatlar "Qədim Qəbələ" restoranlar şəbəkəsinin müştərilərin personal heyatin həvəsdən və nüfuzdan sala bilməz! Onlar hər zaman birinciliyi ilə öndədirlər, daimidə öndə olacaqlar deyə məkanın sözçüsü bildirir

"Azərbaycan Reallığı" sözü gedən məkandan videoreportajı təqdim edir:


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın