ABŞERONDA ŞƏHİD AİLƏLƏRİ ÜFUNƏTDƏ YAŞAYIR, BAŞÇI İSƏ…- ŞİKAYƏT

18, 05, 23
12:00

ABŞERONDA ŞƏHİD AİLƏLƏRİ ÜFUNƏTDƏ YAŞAYIR, BAŞÇI İSƏ…- ŞİKAYƏT


Abşeron rayonu, Məmmədli kəndində şəhid ailələri, Qarabağ qaziləri və Çernobıl əlilləri üçün inşa edilmiş kompleksin ətrafı baxımsızlıqdan bərbad vəziyyətdədir. Üfunətdən ərazidə yaşamaq mümkün deyil.

"Azərbaycan Reallığı" xəbər verir ki, Şəmistan Əlizadə şikayətində belə deyir. Onun sözlərinə görə, kanalizasiya sularının axıdıldığı ərazidə acınacaqlı vəziyyət yaranıb:

“Bura Bakıdır. Bura şəhid ailələrinin, Qarabağ qazilərinin ailələri və Çernobıl əlilləri üçün təhvil verilmiş olan Məmmədli elektrik stansiyasının yaxınlığındakı yeni salınmış yaşayış kompleksidir. Bu azmış kimi, fərdi yaşayış evlərinin şambolarının təmizlənməsi işi ilə məşğul olan işbazlar da bütün kanalizasiya çirkab sularını bura axıdır. Hələ istilər düşməyib, üfunət iyi, ağcaqanad baş alıb gedir…”

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın