Aqil Ələsgəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb

01, 08, 18
02:28

Aqil Ələsgəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb


Azerbaycanrealligi.com xəbər verir ki, jurnalist Aqil Ələsgərin oğurlanması xəbərinə Mətbuat Şurasının sədri Əflatun Amaşov öz Facebook səhifəsində aydınlıq gətirib. Həmin yazını sizə təqdim edirik
Əflatun Amaşov: İş gününün sonuna doğru “Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq sabah işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir.
Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın