Əhməd İsmayılovun qanun üstündən hoppanma cəhdi - TENDER İŞİNDƏ YENƏ İLİŞİR

13, 05, 23
11:00

Əhməd İsmayılovun qanun üstündən hoppanma cəhdi - TENDER İŞİNDƏ YENƏ İLİŞİR


Medianın İnkişafı Agentliyi özünün müstəqil mətbuata təzyiqləri ilə yox, həm də gizli maliyyə işləri də diqqətləri cəlb etməkədərir.

Artıq bir neçə dəfə Əhməd İsmayılovun başında durduğu bu qurumun təkcə tender məsələsində etdiyi qanunsuzluqlarla bağlı yerli KİV-də faktlar açıqlanıb, amma öz rıçaqları hesabına Əhməd müəllim həmin məlumatların bir qədər kölgəyə çəkilməsinə, gündəmdən çıxarılmasına nail ola bilsə də, bu heç də problemli durumu inkar etmir. 

Zəruri QEYD: Əgər Medianın İnkişafı Agentliyinin hörmətli nümayəndələrinin konkret olaraq bu mövzud hansısa susalı yaranarsa, cavablamağa hazırıq və faktları da təqdim edə bilərik ki, məsələnin nə yerdə olduğunu xatırlasınlar. 

Bu heç... 

Bu dəfə də Medianın İnkişafı Agentliyinin eyni qaydada TENDER məsələsində ilişməsi faktı ortaya çıxır.

Rəsmi xəbərə görə, Medianın İnkişafı Agentliyinin "İstehlak yönlü müxtəlif xidmətlərin satınalınması" tenderi ləğv olunub.

Buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır. 

Ləğv edilmə mətnində bildirilir ki, müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə, müsabiqə etibarsız sayılsın.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

Hər halda, hər addımbaşı QANUNDAN DANIŞAN Əhməd müəllimin məhz MALİYYƏ İŞLƏRİNDƏ qanunların yanından keçmə cəhdləri anlaşılan deyil.

Sonda: Böyük məmnuniyyətlə Əhməd İsmayılovu dinləyə bilərik. Hərgah ki onun üçün müstəqil mətbuatı dinləmək ÇOX AĞIRDIR... (DİA.AZ)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın